İQTİSADİYYAT


İqtisadiyyat naziri: İnsan kapitalının inkişafı sosial-iqtisadi siyasətin başlıca istiqamətidir

Bakı, 8 iyun, AZƏRTAC

Azərbaycan Respublikası Prezidentinin rəhbərliyi ilə həyata keçirilən sosial-iqtisadi siyasətin başlıca istiqaməti insan kapitalının inkişafıdır.

AZƏRTAC xəbər verir ki, bunu III Azərbaycan Avropa İttifaqı biznes-forumunda iqtisadiyyat naziri Şahin Mustafayev bildirib.

“Azərbaycandakı siyasi sabitlik, zəngin təbii ehtiyatlar və iqtisadi potensial, yaradılmış əlverişli biznes və investisiya mühiti, müasir infrastruktur, əlverişli coğrafi mövqe, zəngin mədəniyyətimiz, ölkəmizin beynəlxalq aləmdə etibarlı tərəfdaş olması Azərbaycanı investisiya qoyuluşu üçün cəlbedici məkana çevirib”, - deyə nazir diqqətə çatdırıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.