REGİONLAR
İqtisadiyyat naziri Sabirabadda vətəndaşları qəbul edəcək
Bakı, 11 avqust, AZƏRTAC
İqtisadiyyat naziri Şahin Mustafayev avqustun 12-də Sabirabadda Şirvan, Hacıqabul və Sabirabad rayonlarından olan vətəndaşları qəbul edəcək.
İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, vətəndaşların qəbulu saat 11:00-dan etibarən Heydər Əliyev Mərkəzində (Ünvan: Heydər Əliyev prospekti, 95) keçiriləcək.
Qəbula gəlmək istəyən vətəndaşlar qeydiyyata alınmaları üçün nazirliyin [email protected] elektron poçt ünvanı və 493-14-56, 493-88-67 (21-05), (055) 257-60-90 nömrəli telefonlar (əlaqələndirici şəxs Elmar Hacıyev), nazirliyin 195-2 Çağrı Mərkəzi, həmçinin nazirliyin Aran regional bölməsi (əlaqələndirici şəxs Elbrus Hüseynov, əlaqə telefonu: (022) 336-73-10, (055) 206-88-52, elektron poçt ünvanı: [email protected]) vasitəsilə müraciət edə bilərlər.
Bununla yanaşı, vətəndaşlar nazirliyin internet və “facebook” səhifələrində xüsusi olaraq yaradılmış "İqtisadiyyat nazirinin şəhər və rayonlarda keçirilən qəbulu üçün müraciət" bölmələri vasitəsilə də qəbula yazıla bilərlər.