DÜNYA
İqtisadiyyat üzrə Nobel mükafatı laureatlarının adları elan edilib
Stokholm, 10 oktyabr, AZƏRTAC
2016-cı il üçün iqtisadiyyat üzrə Nobel mükafatı müqavilələr nəzəriyyəsinin öyrənilməsi sahəsində tədqiqatlara görə alimlər Oliver Hart və Bengt Holmströma verilib.
Bu barədə İsveç Kral Elmlər Akademiyası yanında Nobel Mükafatı Komitəsi tərəfindən keçirilmiş xüsusi tədbirdə məlumat verilib.
İqtisadiyyat üzrə Nobel mükafatı iqtisad elmləri sahəsində ən nüfuzlu mükafatdır. İsveç Bankının 300 illiyi münasibətilə təsis olunmuş bu mükafat ilk dəfə 1969-cu ildə verilib. Mükafatın məbləği 8 milyon İsveç kronudur (924 min ABŞ dolları).
Rauf Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Stokholm
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.04.2024 [13:31]
“Netflix” bu il daha 9,3 milyon abunəçi qazanıb
- 19.04.2024 [13:00]
“Apple” Çində “WhatsApp” və “Threads” proqramlarını “App Store”dən çıxarıb
- 19.04.2024 [12:50]
ÜST quş qripi ilə bağlı həyəcan təbili çalır
- 19.04.2024 [12:49]
“Science” jurnalı: Çinin iri şəhərlərinin təxminən yarısı çökür
- 19.04.2024 [12:17]
Rusiyanın qəzaya uğrayan hərbi təyyarəsinin pilotlarından biri həlak olub
- 19.04.2024 [12:13]
Şri-Lanka Rusiyaya çay ixracını 14 faiz artırıb
- 19.04.2024 [12:08]
NASA süni intellekt sayəsində iqlim dəyişikliyi ilə mübarizəyə töhfə verəcək
- 19.04.2024 [12:03]