REGİONLAR
İqtisadiyyat və sənaye naziri Hacıqabulda vətəndaşları qəbul edəcək
Bakı, 19 dekabr, AZƏRTAC
Dekabrın 20-də iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev Hacıqabulda Şirvan şəhərindən, Hacıqabul və Sabirabad rayonlarından olan vətəndaşları qəbul edəcək.
İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, vətəndaşların qəbulu saat 10:00-dan etibarən Hacıqabul şəhərindəki 10 nömrəli məktəbdə (ünvan: Hacıqabul şəhəri, İsmət Qayıbov küçəsi, 9) keçiriləcəkdir.
Qəbula gəlmək istəyən vətəndaşlar qeydiyyata alınmaları üçün nazirliyin [email protected] elektron poçt ünvanı və 493-14-56, 493-88-67 (21-05), (055) 257-60-90 nömrəli telefonlar (əlaqələndirici şəxs Elmar Hacıyev), 195-2 Telefon Məlumat Mərkəzi, həmçinin Aran regional bölməsi (ünvan: Yevlax şəhəri, Heydər Əliyev prospekti, 34, əlaqələndirici şəxs Elbrus Hüseynov, əlaqə telefonu: (022) 336-73-10, (055) 206-88-52, elektron poçt ünvanı: [email protected]) vasitəsilə müraciət edə bilərlər.
Bununla yanaşı, vətəndaşlar nazirliyin internet və “Facebook” səhifələrində xüsusi olaraq yaradılmış “İqtisadiyyat və sənaye nazirinin şəhər və rayonlarda keçirilən qəbulu üçün müraciət” bölmələri vasitəsilə də qəbula yazıla bilərlər.