REGİONLAR
İqtisadiyyat və sənaye naziri Qəbələdə vətəndaşları qəbul edəcək
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, saat 10:00-dan etibarən Qəbələ Mədəniyyət Mərkəzində (ünvan: Qəbələ şəhəri, 28 May küçəsi, 40) təşkil olunacaq qəbula gəlmək istəyən Oğuz, Qəbələ, Ağdaş və İsmayıllı rayonlarının sakinləri qeydiyyata alınmaları üçün nazirliyin [email protected] elektron poçt ünvanı və (012) 493-14-56, (012) 493-88-67 (21-05), (055) 257-60-90 nömrəli telefonlar (əlaqələndirici şəxs Elmar Hacıyev), 195-2 Telefon Məlumat Mərkəzi, həmçinin Şəki-Zaqatala regional bölməsi (ünvan: Şəki şəhəri, 20 Yanvar küçəsi, 8, əlaqələndirici şəxs Qalib Məsimov, əlaqə telefonu: (050) 391-75-72, (02424) 4-27-11, faks: (02424) 4-37-67, elektron poçt ünvanı: [email protected]) vasitəsilə müraciət edə bilərlər.
Bununla yanaşı, vətəndaşlar nazirliyin internet və “Facebook” səhifələrində xüsusi olaraq yaradılmış "İqtisadiyyat və sənaye nazirinin şəhər və rayonlarda keçirilən qəbulu üçün müraciət" bölmələri vasitəsilə də qəbula yazıla bilərlər.