İQTİSADİYYAT


İqtisadiyyatda muzdla çalışan işçilərin sayı 1,5 milyon nəfərdən çox olub

Bakı, 20 may, AZƏRTAC 

2017-ci il aprelin 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1 milyon 515,8 min nəfər olub. Onlardan 889,2 min nəfəri dövlət sektorunda, 626,6 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, muzdla işləyənlərin 7,2 faizi dövlət idarəetməsi və müdafiə, sosial təminat, 6,2 faizi tikinti, 4,7 faizi nəqliyyat və anbar təsərrüfatı, 3,1 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 1,6 faizi maliyyə və sığorta fəaliyyəti, 10,9 faizi isə iqtisadiyyatın digər sahələrində məşğul olublar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.