DÜNYA


İran 2021-ci ildən başlayaraq neft hasilatını sutkada 5,7 milyon barrelə çatdırmaq istəyir

A+ A

Tehran, 24 oktyabr, AZƏRTAC

Bu gün İranın neft sektoruna 130 milyard dollar investisiyaya tələb olunur. Bu həcmdə investisiya 2021-ci ilə kimi neft sahəsinə yatırılmalıdır. Bu sözləri İranın neft naziri Bijən Namidar Zəncənə deyib.

Onun sözlərinə görə 2021-ci ilə kimi ümumiyyətlə İranın neft sənayesini inkişaf etdirmək üçün 200 milyard dollar həcmində investisiyaya ehtiyac duyulur.

Nazir bildirib ki, neft yataqlarının bərpa olunması üçün də investisiya qoyuluşu zəruridir. İran 157,8 milyard barrel çıxarıla bilən neft ehtiyatına malikdir və bu ehtiyatlara görə dünyada 4-cü yeri tutur.

İranın 34 trilyon kubmetr sübut olunmuş qaz ehtiyatı da var.

İran 2021-ci ildən başlayaraq neft hasilatını sutkada 5,7 milyon barrelə çatdırmaq niyyətindədir.

Rabil Kətanov

AZƏRTAC-ın xüsusi müxbiri

Tehran

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.