DÜNYA


İran ABŞ Prezidentinin qərarına cavab verdi

Tehran, 29 yanvar, AZƏRTAC

Rəsmi Tehran ABŞ prezidenti Donald Trampın İran və digər müsəlman ölkələrinin vətəndaşlarının ölkəyə girişinə qadağa qoyulmasına dair qərarına eyni tədbirlərlə cavab verəcək.

Bu barədə İran Xarici İşlər Nazirliyinin dünən yaydığı bəyanatda bildirilir.

Bəyanatda deyilir ki, hökumət böyük İran xalqını daxildə və ölkə hüdudlarından kənarda qorumaq məqsədilə Amerika hökumətinin qısamüddətli və ortamüddətli qərarlarını diqqətlə təhlil etdikdən sonra konsulluq, hüquqi və siyasi səviyyələrdə müvafiq addımlar atacaq. Bu məhdudiyyətlər ləğv olunanadək hökumət vətəndaşların hüquqlarını qorumaq üçün tədbirlər görəcək.

Qeyd olunub ki, İran hökuməti Amerika xalqına hörmət edir və onu ABŞ administrasiyasının aqressiv siyasətindən ayırır. ABŞ administrasiyasının bu addımı bütün İslam dünyası üçün açıq təhqirdir.

Xatırladaq ki, ABŞ-ın yeni Prezidenti Donald Trampın imzaladığı fərmana əsasən, qaçqınların qəbulu 120 gün, Suriya qaçqınlarının qəbulu qeyri - müəyyən müddətə, İran, İraq, Suriya, Sudan, Yəmən, Liviya və Somali vətəndaşlarının ölkəyə girişi isə 90 gün müddətinə dayandırılıb.

Rabil Kətanov

AZƏRTAC-ın xüsusi müxbiri

Tehran

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.