İQTİSADİYYAT


İran Əlcəzairdə neft hasilatının miqdarı ilə bağlı hər hansı bir razılığa gəlmək niyyətində deyil

A+ A

Bakı, 27 sentyabr, Nihad Budaqov, AZƏRTAC

İran Əlcəzair görüşündə neft hasilatının miqdarı ilə bağlı hər hansı bir razılığa gəlmək niyyətində deyil.

AZƏRTAC “Mehr” agentliyinə istinadla xəbər verir ki, İran İslam Respublikasının neft naziri Bijən Namdar Zəngənə bu fikirdədir. Nazir ölkəsinin neft hasilatı miqdarının mövcud səviyyələrdə saxlamaq istəmədiyini və Əlcəzairdəki qeyri-rəsmi danışıqlarda digər böyük neft istehsalçıları ilə hər hansı bir razılığa gəlmək niyyətində olmadığını deyib. O, İranın gündəlik neft istehsalını 4 milyon barrelə çatdırmaq istədiyini qeyd edib.

Hazırda gündəlik 3,6 milyon barrel neft hasil edən və OPEC-in üçüncü böyük neft istehsalçısı olan İran noyabrda Vyanada keçiriləcək OPEC yığıncağında rəsmi razılığın əldə olunacağı qənaətindədir.

“İki günlük müddətdə razılığa gəlmək gündəmimizdə yoxdur. Biz, Beynəlxalq Enerji Forumu üçün Əlcəzairə gəlmişik”, - deyə iranlı nazir bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.