CƏMİYYƏT
İran Araz çayının çirkləndirilməsi ilə əlaqədar Ermənistana xəbərdarlıq etdi
Tehran, 26 fevral, AZƏRTAC
İranın Ekologiya Təşkilatının sədri Məsumə Ebtekar Araz çayının çirkləndirilməsi ilə əlaqədar Ermənistana xəbərdarlıq edildiyini bildirib.
Xanım Məsumə Ebtekar Tehranda keçirilən 14-cü ekologiya sərgisində iştirak edərək “Araz” Azad Ticarət və Sənaye zonasının pavilyonuna baxış keçirib və deyib ki, İran Araz çayının ekologiyası ilə bağlı problemləri diqqətlə izləyir və çay hövzəsindəki suyun təmiz saxlanılması üçün proqrama malikdir.
Təşkilat sədri nəzərə çatdırıb ki, Araz çayının təmiz saxlanılması ilə bağlı Ermənistan tərəfi ilə mütəmadi əlaqə saxlanılır və rəsmi Yerevana iradlar bildirilib. Erməni rəsmiləri ilə aparılan müzakirələrdə sənaye tullantılarının Araz çayına axıdılmasının qarşısının alınması tələb edilib. İran məişət və sənaye tullantılarının Araz çayına daxil olmasının qarşısının alınması istiqamətində lazımı işlər görülməsi barədə Ermənistana xəbərdarlıq edib.
Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran