Azərbaycan Dövlət İnformasiya Agentliyi

İQTİSADİYYAT

İran Azərbaycan iqtisadiyyatına ümumilikdə 2,7 milyard ABŞ dolları investisiya yatırıb

İran Azərbaycan iqtisadiyyatına ümumilikdə 2,7 milyard ABŞ dolları investisiya yatırıb

Bakı, 25 fevral, Elvin Camalov, AZƏRTAC

İran tərəfdən Azərbaycan iqtisadiyyatına ümumilikdə 2,7 milyard ABŞ dolları investisiya yatırılıb.

AZƏRTAC xəbər verir ki, bu sözləri fevralın 25-də iqtisadiyyat naziri, Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının həmsədri Şahin Mustafayev Azərbaycan-İran iqtisadi əlaqələrinə dair mətbuat konfransında deyib.

Tədbirdə nazir Şahin Mustafayev Azərbaycan-İran iqtisadi əlaqələrinə, əməkdaşlıq perspektivlərinə və Azərbaycan nümayəndə heyətinin bu yaxınlarda İran İslam Respublikasına səfərinə dair KİV nümayəndələrini maraqlandıran sualları cavablandırıb.

Nazir Ş.Mustafayev bildirib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İran İslam Respublikası ilə əlaqələrə böyük önəm verir. Son 3 ildə Azərbaycan və İran Prezidentləri 7 dəfə görüşüb, Azərbaycan və İran nümayəndə heyətləri 100-ə yaxın qarşılıqlı səfər həyata keçirib, 40 sənəd imzalanıb, Dövlət Komissiyasının 3 iclası təşkil olunub. Azərbaycanda iqtisadiyyatın müxtəlif sahələrində 538 İran investisiyalı şirkət fəaliyyət göstərir və İran tərəfdən Azərbaycan iqtisadiyyatına ümumilikdə 2,7 milyard ABŞ dolları investisiya yatırılıb. Bununla belə, ölkəmizə investisiya qoyuluşu üçün geniş imkanlar var. Azərbaycan şirkətləri də İranda fəaliyyət göstərir. İran Azərbaycanın mühüm ticarət tərəfdaşlarındandır və 2016-cı ildə ölkələrimiz arasında ticarət dövriyyəsi 70 faizə yaxın artıb.

Ş.Mustafayevin sözlərinə görə, Azərbaycan və İran arasında imzalanmış “Xudafərin” və “Qız Qalası”, eləcə də “Ordubad” və “Marazad” sazişləri hər iki tərəfdən qüvvəyə minib. “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin I mərhələsi yekunlaşmaq üzrədir. Artıq Azərbaycanda 8,3 kilometrlik dəmir yolu xətti və dəmir yolu körpüsü hazırdır. İranda 1,7 kilometr dəmir yolu xəttinin və terminalın tikintisi davam edir. Nəqliyyat dəhlizinin tərkib hissəsi olan Qəzvin-Rəşt dəmir yolu xətti üzrə isə işlərin 90 faizdən çoxu tamamlanıb və 2017-ci ildə yekunlaşdırılacaq. Ötən il 330 kilovolt Muğan (İmişli-Parsabad) elektrik xətti istismara verilib, elektrik satışı üzrə Çərçivə Sazişi imzalanıb. 2016-cı ildə Neftçala Sənaye Zonasında birgə avtomobil istehsalı zavodunun, bu ilin yanvarında isə Pirallahı Sənaye Parkında Azərbaycan-İran birgə layihəsi olan əczaçılıq zavodunun təməli qoyulub.

Ş.Mustafayev qeyd edib ki, İran tərəfi ilə aparılan danışıqlar və keçirilən görüşlər, eləcə də iş adamları arasında əməkdaşlığın genişləndirilməsinə göstərilən maraq belə birgə layihələrin sayının çox olacağını deməyə əsas verir. Ötən il həmçinin, Azərbaycan və İran arasında iqtisadi, nəqliyyat və turizm sahələrində əməkdaşlığın davamlı inkişafına töhfə verəcək Naxçıvan-Culfa-Təbriz-Tehran-Məşhəd dəmir yolu ilə sərnişin qatarı işə düşüb. Bu yolla il ərzində 12 min sərnişin daşınacaq. Yaxın vaxtlarda Urmiya-Qəbələ birbaşa hava reysi açılacaq.

“2016-cı ildə iş adamlarının iştirakı ilə 15 biznes forum, işgüzar görüş və sərgilər keçirilib. Viza rejiminin sadələşdirilməsi nəticəsində 2017-ci ilin əvvəlindən başlayaraq İran vətəndaşları 3 gün ərzində elektron vizalar ala bilir. Prezident İlham Əliyevin yeni Sərəncamı ilə bütün sərhəd-keçid məntəqələrində viza verilməsi təmin ediləcək, turistlərin sürətli keçidi üçün xüsusi zolaqlar yaradılacaq, sərhəd məntəqələrinin iş saatları artırılacaq. Bütün bunlar isə, iş adamları arasında əlaqələrin genişlənməsinə imkanlar açır. 2017-ci il üçün beynəlxalq yükdaşımalarında mübadilə edilən icazələrin sayının 10 minə çatdırılması barədə razılığa gəlinib. Bütün bunlar əlaqələrin inkişafı, iş adamları arasında əməkdaşlığın genişləndirilməsi üçün geniş imkanlar yaradır”, - deyə nazir vurğulayıb.

Azərbaycan nümayəndə heyətinin İran İslam Respublikasına səfəri barədə məlumat verən nazir Şahin Mustafayev qeyd edib ki, səfər çərçivəsində əsasən İranın regionları ilə əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə edilib, bu məqsədlə bir sıra ikitərəfli görüşlər keçirilib, Ərdəbil və Urmiyada biznes-forumlar təşkil edilib, AZPROMO, Sahibkarlar Təşkilatları Milli Konfederasiyası, Urmiya və Ərdəbilin Ticarət, Sənaye və Kənd Təsərrüfatı palataları arasında 4 anlaşma memorandumu imzalanıb. Biznes-forumların hər birində 400-dən çox iş adamının iştirak etməsi özəl sektorun əməkdaşlığın genişləndirilməsinə göstərdiyi maraqdan xəbər verir. Səfər zamanı həmçinin, Azərbaycan nümayəndə heyəti bir sıra istehsal müəssisələri və İranın Qərbi Azərbaycan vilayəti şirkətlərinin istehsal etdiyi məhsulların nümayiş etdirildiyi sərgi ilə tanış olub.

İranın Ərdəbil və Qərbi Azərbaycan vilayətləri ilə əməkdaşlıq imkanlarından danışan Şahin Mustafayev Qərbi Azərbaycan vilayəti ilə əlaqələrin əsasının 1992-ci ildə ümummilli lider Heydər Əliyevin Urmiyaya səfəri zamanı qoyulduğunu diqqətə çatdırıb. O zaman Ulu Öndər və hazırkı vali Qurbanəli Səadət Qarabağ Şahtaxtı-Poldəşt körpüsünün açılışında iştirak ediblər. Bildirilib ki, İran regionları ilə kənd təsərrüfatı, qida sənayesi, nəqliyyat, turizm və sair sahələrdə əməkdaşlıq imkanları genişdir. Belə ki, İran şirkətləri Azərbaycanda yaradılan sənaye parklarına və aqroparklara investisiya yatıra bilərlər. İranın Qərbi Azərbaycan vilayəti Naxçıvan Muxtar Respublikası və Türkiyə ilə həmsərhəd olması Naxçıvan Muxtar Respublikası-İran-Türkiyə üçtərəfli əməkdaşlığının inkişafına geniş imkan yaradır. Bildirilib ki, İran tərəfinə Azərbaycan-Türkiyə-Gürcüstan formatında biznes foruma qoşulmaq təklif olunub və ilk belə dördtərəfli tədbirin Naxçıvanda keçirilməsi nəzərdən keçirilir.

Nazir bildirib ki, urmiyalı sahibkarlar Azərbaycanın imkanlarından yararlanmaqla xarici bazarlara çıxa bilər. Həmçinin, Urmiyadakı Maku Azad Ticarət Zonası ilə əməkdaşlıq yaradıla bilər. Neftçala və ya Masallı sənaye zonalarında texnika üçün servis xidmətlərinin göstərilməsi sahəsində əməkdaşlıq imkanları mövcuddur. Bundan başqa, Urmiya əyaləti ilə birgə üzüm bağının və kişmiş zavodunun yaradılması, kənd təsərrüfatı məhsullarının birgə istehsalı, o cümlədən alma, şəkər çuğunduru, qarğıdalı, pomidor əkini, xurma konsentratı fabrikinin yaradılması, günəbaxan yağının, balın birgə istehsalı, eləcə də şüşə istehsalı, qablaşdırma sahələrində əlaqələrin qurulması imkanları genişdir. İran tərəfi Azərbaycanın peyklərinin xidmətlərindən istifadə edir və bu sahədə əməkdaşlıq genişləndirilə bilər.

Səfər çərçivəsində İran tərəfi ilə birlikdə Araz çayı üzərində reallaşdırılan “Xudafərin və Qız Qalası” layihəsinin icrası ilə tanış olduğunu diqqətə çatdıran nazir Şahin Mustafayev qeyd edib ki, hələ sovet dövründə bu məsələ uzun müddət müzakirə mövzusu olub və bu istiqamətində xeyli danışıqlar aparılıb. Yalnız Azərbaycan Prezidenti İlham Əliyevin siyasi iradəsi və qətiyyəti nəticəsində 2016-cı il 23 fevral tarixində “Azərbaycan Respublikası Hökuməti ilə İran İslam Respublikası Hökuməti arasında Araz çayı üzərində “Xudafərin” və “Qız qalası” hidroqovşaqlarının və su elektrik stansiyalarının tikintisinin davam etdirilməsi, istismarı, energetika və su ehtiyatlarından istifadə sahəsində əməkdaşlıq haqqında Saziş”i imzalanıb. “Xudafərin” və “Qız Qalası”, eləcə də “Ordubad” və “Marazad” sazişləri hər iki tərəfdən qüvvəyə minib. Qeyd edim ki, bu sənədlər İran Parlamenti tərəfindən ən tez ratifikasiya olunmuş sənədlərdəndir.

Ş.Mustafayevin sözlərinə görə, Azərbaycan nümayəndə heyətinin “Xudafərin” və “Qız qalası” layihəsinin icrası ilə tanışlığı da məhz bu əlamətdar tarixə - 23 fevrala təsadüf edir. 2017-ci ilin yanvarında Azərbaycan Prezidenti tərəfindən 36 meqavolt gücündə Ordubad SES-in təməli qoyulub.

““Xudafərin” və “Qız Qalası” layihəsinin böyük siyasi və iqtisadi əhəmiyyəti var. Bu Azərbaycana layihənin idarəetməsində fəal iştiraka və suvarmaya böyük imkan yaradacaq. Layihə çərçivəsində tikilmiş bəndin hündürlüyü 64 metr, uzunluğu 400 metrdir. Su tutumu 1,6 milyard kub metrdir. “Xudafərin” və “Qız Qalası” Sazişində hər iki ölkənin suverenliyi və ərazi bütövlüyünə hörmət prinsipləri bəyan edilir, BMT qətnamələrinə uyğun olaraq Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsinin zəruriliyi, hər iki tərəfin su və enerji ehtiyatlarına bərabər hüquqları vurğulanır. İşğal olunmuş ərazilərdə Azərbaycanın suveren hüquqlarını tanıyan bu mühüm Sənədin imzalanması Prezident İlham Əliyevin uğurlu xarici siyasətinin nəticəsi, dövlətimizin beynəlxalq aləmdə yüksək nüfuzunun göstəricisi, İran ilə sürətlə inkişaf edən, dostluq və mehriban qonşuluq prinsiplərinə əsaslanan münasibətlərin təzahürüdür. Bu layihə bir daha göstərir ki, işğalçı Ermənistanın səylərinə baxmayaraq beynəlxalq hüquq və haqq-ədalət Azərbaycanın tərəfindədir. Bu ərazilərin işğal altında olmasına baxmayaraq, Azərbaycan iqtisadi fəaliyyət göstərir. Ermənistanın işğalçı siyasəti heç bir nəticə vermir və bu ərazilər üzərində Azərbaycan öz suveren hüquqlarını həyata keçirir”, - deyə Ş.Mustafayev vurğulayıb.

Nazir Ş.Mustafayev qeyd edib ki, Azərbaycan nümayəndə heyəti layihənin gedişi ilə tanış olarkən erməni vandalizminin, vəhşiliyinin bir daha şahidi olub. Azərbaycanın Xudafərin kəndi ermənilər tərəfindən tamamilə dağıdılıb, evlər yerlə yeksan edilib, infrastruktur tamamilə məhv edilib. Dəmir yolu xətləri belə erməni acgözlüyünün qurbanı olub, relslər və şpallar sökülərək daşınıb.

Şahin Mustafayev bildirib ki, artıq torpaqlarımızın işğaldan azad edilməsi istiqamətində ən ciddi addımlar atılır. “Xudafərin” və “Qız qalası” layihəsinin Azərbaycanın işğal olunmuş ərazilərində icrasına başlanılması da bunu bir daha sübut edir. İşğaldan azad edilmiş Cocuq Mərcanlıda Prezident İlham Əliyevin tapşırığı ilə bərpa və geniş quruculuq işlərinə başlanılıb.

“Xudafərin” və “Qız qalası” layihəsi Prezident İlham Əliyevin və İran Prezidenti Həsən Ruhaninin siyasi iradəsinin, ölkələrimiz arasında strateji əməkdaşlıq səviyyəsinə yüksəlmiş əlaqələrin təzahürüdür. Nazir Şahin Mustafayev vurğulayıb ki, “Xudafərin” və “Qız qalası” layihəsində İran Prezidentinin siyasi dəstəyi, İran Parlamentinin və hökumətinin xüsusi rolu olub və bu baxımdan İran tərəfinə minnətdarlığını bildirib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

MEK-də akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunmuş sərgi açılıb

Siyasi şərhçi: Türkiyə təkcə qardaşı olduğu üçün deyil, həm də haqlı olduğu üçün Azərbaycanın yanındadır

Avropol əntiq kitabların kütləvi oğurluğunu ifşa edib

Fransada məktəbliləri daşıyan iki avtobus yük maşını ilə toqquşub

Media: Misir-İsrail görüşündə Qəzza ilə bağlı əhəmiyyətli irəliləyiş əldə edilib

Azərbaycan millisinin voleybolçusu Rumıniya klubundan ayrılıb

Dövlət Komitəsində amerikalı qonaqlarla görüş

Superliqa: "Qalatasaray" üç xalı üç qolla qazanıb

“Muzeydə musiqili axşamlar” layihəsi “Duet” proqramını təqdim edir

"Ədibin evi"ndə Mir Cəlal Paşayevin 116 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

Ağdamda keçirilən əmək yarmarkasında 222 vakansiya təqdim olunub

Dmitri Savelyev: Cənubi Qafqazda sülhün və sabitliyin qorunması bütün Avrasiya üçün qlobal təhlükəsizlik məsələsidir

Zərifə xanım Əliyevanın oftalmologiya elminin inkişafındakı xidmətləri əvəzsizdir

TBMM-in üzvü: Şuşa özünün dəyərləri və mədəniyyəti ilə çox fərqli bir yerdir

Şərurun avtomobil yollarında yeni nişanlar quraşdırılıb

Monteneqro Baş nazirinin müavini: Ölkələrimiz arasındakı əlaqələr strateji tərəfdaşlıq xarakteri daşıyır

Bakı Marafonu üçün 15 mindən çox iştirakçı qeydiyyatdan keçib

Qırğız Mədəniyyəti Günlərinin bağlanış mərasimi keçirilib

Almaniyadakı Azərbaycan diasporunun üzvləri Prezident İlham Əliyevi böyük coşqu ilə qarşılayıblar

Yelena Haqverdiyeva – rəssam və ilham pərisi

Azərbaycan və Monteneqro parlamentləri arasında əlaqələr müzakirə olunub

Azərbaycan Basketbol Liqası: "Neftçi" çempionatın son oyununda "Sərhədçi"ni məğlub edib

Mənəvi dəyərlərin təcəssümü: qəlblərdə yaşayan nurlu insan

Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb

Hidayət Heydərov dördqat Avropa çempionu olub

Gəncə Autizm Mərkəzinin fəaliyyətinin dəstəklənməsi məqsədilə xeyriyyə gecəsi təşkil edilib

Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiriblər YENİLƏNİB-2 VİDEO

SOCAR ilə “Azərxalça” ASC-nin əməkdaşlığı nəticəsində hazırlanan müxtəlif ölçülü xalçaların kəsim mərasimi keçirilib

Bu il 4 minə yaxın şəxsə evlərində sosial-məişət xidməti göstərilib

Ağdamda Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi qrupun iclası keçirilib

Azərbaycan Prezidenti İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

Prezident İlham Əliyevin Rusiyaya səfəri regionda təhlükəsizliyin təmin olunmasında Azərbaycanın rolunu bir daha təsdiqlədi - RƏY

Energetika naziri Biləsuvarda vətəndaşların müraciətlərini dinləyib

Məşhur Rusiya aktyorları Bakı şəhərində gəzintiyə çıxıblar

Heydər Əliyev Fondu ilə Türkiyənin Sıfır Atık Fondu arasında Anlaşma Memorandumu imzalanıb

Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib

Prezident İlham Əliyevin Berlində Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

® Böhran İdarəetmə Qrupu layihəsinin ilk simulyasiya testi uğurla başa çatıb

ÜST və TƏBİB Avropa İmmunlaşdırma Həftəsi ilə bağlı silsilə tədbirlərə başlayıb

Məhkumlar narkomaniyanın sağlamlığa mənfi təsiri barədə məlumatlandırılıb

Gürcüstanın Baş naziri Avropa Parlamentini sərt tənqid edib

Qırx beş məktəbdə metodistlərin fəaliyyətinin monitorinqi davam edir

Bakının Elşən Süleymanov küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Cəzaçəkmə müəssisəsində narkomaniyanın cəmiyyətə vurduğu sosial bəlalardan bəhs olunub

Badam bağları və kartof sahələrində fitosanitar monitorinqlər aparılıb

İstanbulda terror aktı törədən qadın 1794 il həbs cəzasına məhkum olunub

Uzunmüddətli reabilitasiya xidmətlərinin tətbiqi üçün Nazirlər Kabinetinə ünvanlanan təkliflər hazırlanıb

Rəqəmsal radio texnologiyasının avtomobillərdə tətbiqi müzakirə olunub

Prezident İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə təkbətək görüşü olub  YENİLƏNİB VİDEO

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Şuşa şəhəri ilə tanış olublar – YENİLƏNİB VİDEO

Prezident İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub YENİLƏNİB-2 VİDEO

Məktəblilərimiz 58-ci Beynəlxalq Mendeleyev Kimya Olimpiadasında uğur qazanıblar

“Azərkosmos” “Türksat”ın yeni peyk texnologiyalarından faydalanacaq

Keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışının təşkili ilə bağlı kompleks tədbirlər müzakirə olunub

“Yanındayıq” mentorluq layihəsinə müraciət edən müəllimlərlə görüş təşkil olunub

Azərbaycanda ilk dəfə olaraq "Usta Mənəm!" müsabiqəsi keçiriləcək

Bakı Ali Neft Məktəbində “Gənclər sağlam həyat tərzi seçir” mövzusunda maarifləndirmə tədbiri keçirilib

Corc Vaşinqton Universiteti ilə ADPU-nun ikili diplom proqramı çərçivəsində təlimlər keçirilib

“Gələcəyin zəkası” layihəsinə müraciət edən iştirakçılarla görüş keçirilib

Vətən Müharibəsi Qəhrəmanı Ceyhun Həsənovun büstünün açılışı olub

Coğrafiyaçı alimlər beynəlxalq konfransda demoqrafiya mövzusunda məruzə ediblər

Əmək və əhalinin sosial müdafiəsi naziri Naxçıvanda vətəndaşları qəbul edib

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin yeni fəaliyyət istiqaməti istifadəyə verilib

Britaniyada dəri xərçənginə qarşı yeni peyvənd sınaqdan keçirilir

Hakimlərin müstəqilliyinin gücləndirilməsi üçün qanunvericiliyə sonuncu dəyişikliklər Avropada yüksək qiymətləndirilib

Birinci yeri tutan gimnast: Qalib gəlməklə öz gücümüzü göstərdik

Gəncə və Şəmkirdə “Güclü cəmiyyətin zərif simaları” layihəsi çərçivəsində görüşlər keçirilib

Nazir Məcnun Məmmədov Ağstafada vətəndaşları qəbul edib, fermerlərlə görüşüb

Vəkilliyə qəbulla bağlı yazılı test mərhələsinin vaxtı müəyyən olunub

AMEA-da Azərbaycan Naşirlərinin I Forumu keçirilib

Qazaxıstan nümayəndə heyəti Azərbaycanın Hərbi Hava Qüvvələrinin Mərkəzi Komanda Məntəqəsində olub

Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin qrafik təsviri təsdiqlənib

Hava hücumu təhlükəsinə görə Kiyevin iki xəstəxanası təxliyə edilir

AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edir

Nazir müavini: Türkiyə COP29-un səmərəliliyinə töhfə verməyə çalışır

Xorvatiya universitetinə “İrs” nəşr evinin kitabları təqdim olunub

® ABB ABŞ-a ilk bankçılıq missiyasında iştirak edib

Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur

Britaniyada iki nəfər Rusiyaya casusluqda ittiham olunur

Akademik İsa Həbibbəyli Mərkəzi Elmi Kitabxanadakı sərgilərlə tanış olub

“Kinomuzu yaradanlar... Kinomuzu yaşadanlar” layihəsinin növbəti təqdimatında “Tütək səsi” filmi

YAP Səbail rayon təşkilatında akademik Zərifə Əliyevanın doğum gününə həsr edilmiş tədbir keçirilib

STC 2025 Beynəlxalq Kosmik Texnologiyalar Konfransı Azərbaycanda keçiriləcək

Tarixi köklərdən irəli gələn əlaqələrə əsaslanaraq Azərbaycan bütövlükdə Asiya çərçivəsində qlobal layihələrə liderlik edir - RƏY

Çin-Azərbaycan investisiya və ticarət forumu keçirilib

Avropa çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib

Şamaxı Astrofizika Rəsədxanasında növbəti astroseminar

Prezident İlham Əliyev Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib YENİLƏNİB-3 VİDEO

TDT-nin Baş katibi: Türk Həftəsi Türk dünyasının zəngin irsini nümayiş etdirdi

Bakıda “Heydər Əliyevin həyatının unikal səhifələri” kitabının təqdimatı olub

Bakıda müasir mərhələdə Azərbaycan-Qırğızıstan münasibətlərinə dair dəyirmi masa təşkil edilib

“Əmək və məşğulluq” altsistemi əmək bazarının rəqəmsal ekosistemə keçidində önəmli alətlərdən biridir

Azərbaycan gimnastı: Rəqiblərimiz bizdən çəkinirlər

“TRT Avaz” telekanalı Azərbaycan mədəniyyətinin təbliği ilə bağlı yeni layihələrə dəstək olacaq

Ukrayna daha 140 hərbi qulluqçunun cəsədini qaytarıb

Bakıda “Youth Water Innovation Forum-2024” mövzusunda beynəlxalq konfrans keçirilib

İspaniya Futbol Federasiyasının yeni prezidenti müəyyənləşib

“Hər şeydən öncə Vətəni sevin”- Rasim Balayev

Xeyrımlı sakinləri kəndlərinə qayıdacaqları günü səbirsizliklə gözləyirlər VİDEOREPORTAJ