Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

İran-Azərbaycan münasibətləri qarşılıqlı etimad əsasında inkişaf edəcək

İran-Azərbaycan münasibətləri qarşılıqlı etimad əsasında inkişaf edəcək

Tehran, 28 avqust, AZƏRTAC

Son vaxtlar bəzi yerli və xarici mətbuat orqanlarında İran ilə Ermənistanın yaxın iqtisadi əlaqələr qurması haqqında xəbərlərin yayılması müzakirələrə səbəb olub. Bu cür xəbərlərin hansı məqsədlə yayılmasına aşağıda aydınlıq gətirəcəyik. İndi isə bəzi faktlara və dövlətlər arasındakı əlaqələrə nəzər salaraq, İranın Azərbaycan və Ermənistanla iqtisadi əlaqələrini müqayisə edərək, həqiqətin nədən ibarət olduğuna diqqət yetirək.

İran və Azərbaycan xalqları eyni tarixə, mədəniyyətə, dini və milli dəyərlərə malikdirlər ki, bu da ölkələrin təbii olaraq yaxınlaşmasını şərtləndirir. İran da Azərbaycan kimi, neft və qaz ölkəsidir və bu, öz-özlüyündə iki dövlətin əməkdaşlığını təmin edir. Xəzərin Azərbaycan sektorundakı “Şahdəniz” neft yatağının işlənməsində İran şirkəti paya malikdir. İran özünün enerji resurslarını dünya bazarına çıxarmaq istəyir və Azərbaycan bunun üçün rəsmi Tehrana Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərindən istifadəni təklif edib. Tehran yaxınlığındakı “Pərdis” Texnologiya Parkı və Sumqayıt Texnologiyalar Parkı arasında əməkdaşlıq əlaqələri qurulub. Azərbaycan İranın alternativ enerji sahəsinə sərmayə qoymağı planlaşdırır.

Cari ilin ötən 8 ayı ərzində rəsmi şəxslərin bir sıra qarşılıqlı səfərləri reallaşıb. Diqqəti ən çox çəkən isə Azərbaycanın iqtisadiyyat və sənaye naziri Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyətinin avqustun 3-də Tehrana səfəri oldu. Səfər çərçivəsində İranın rabitə və informasiya texnologiyaları naziri, neft naziri, yol və şəhərsalma naziri, dəmir yolları idarəsinin rəhbərləri ilə görüşlər keçirildi. Görüşlərdə müxtəlif sahələr üzrə əməkdaşlığın perspektivləri müzakirə edildi. Həmçinin neft hasilatı üçün avadanlıqların birgə istehsalı, müştərək avtomobil istehsalı zavodunun tikilməsi məsələləri müzakirə edildi və işçi qrupları yaradıldı.

İranın Azərbaycandakı səfiri Möhsün Pakayin avqustun 23-də İranda dövlətçilik həftəsinin başlaması münasibəti ilə Bakıda keçirdiyi mətbuat konfransında dövlətlərimiz arasında əməkdaşlıqdan danışarkən qeyd etdi ki, “son iki il ərzində İran vətəndaşları üçün Naxçıvana giriş zamanı asanlaşdırılmış viza rejiminin tətbiqi, vergilərin azaldılması, Biləsuvar gömrük-keçid məntəqəsinin açılması, Culfa körpüsünün istifadəyə verilməsi, həmçinin İran, Rusiya və Azərbaycan dəmir yolları şirkətləri arasında Qəzvin-Rəşt-Astara (İran)-Astara (Azərbaycan) dəmir yolunun tamamlanması ilə bağlı razılığın əldə edilməsi, İran avtomobillərinin Azərbaycana ixracı, elektrik enerjisinin alınması və qarşılıqlı şəkildə ötürülməsi və azərbaycanlı turistlərin İrana səfərlərinin davam etməsi iki ölkənin iqtisadi sahədə əldə etdiyi nailiyyətlərdən sayılır”.

Göründüyü kimi İran-Azərbaycan əlaqələri geniş olduğu qədər də, qarşılıqlı surətdə faydalıdır.

Elə həmin mətbuat konfransında sualları cavablandıran səfir bildirdi ki, “Ermənistan İranın qonşusudur və rəsmi Tehran bu dövlətlə normal əlaqə saxlayır və bu əlaqə üçüncü dövlətə qarşı yönəlməyib”. M.Pakayinin bu cavabı onun təcrübəli diplomat olmasına dəlalət edir.

Ermənistan mətbuatı tez-tez İrandan Ermənistana dəmir yolunun çəkiləcəyinə toxunaraq, guya əməkdaşlığın yüksək səviyyədə olmasını ictimaiyyətin gözünə soxur. Lakin vəziyyət heç də mətbuatın təqdim etdiyi kimi deyil. Hələ seçkilər ərəfəsində prezident Serj Sarkisyan bəyan etmişdi ki, dəmir yolu 2008-ci ildə tikiləcək. Lakin ötən 7 ildə bu istiqamətdə heç bir iş görülməyib və bu, təsadüfi deyil. S.Sarkisyanın bəyanata cavab olaraq Rusiya “Dəmir Yolları” şirkətinin prezidenti Vladimir Yakunun bildirdi ki, “İrandan Ermənistana dəmir yolunun çəkilməsi effektsiz, səmərəsiz və perspektivsiz işdir”. V.Yakununin bu məsələyə münasibət bildirməsi təəccüblü deyil. Ona görə ki, Ermənistanın dəmir yolları Rusiyaya satıldığından, iki ölkə arasında dəmir yolunun çəkilməsi qərarı Yerevanda yox, Moskvada verilə bilər. Rusiya isə diqqəti daha səmərəli Qəzvin-Rəşt-Astara (İran)-Astara (Azərbaycan) dəmir yolunun çəkilməsinə yönəldib. Çünki bu yol Azərbaycan dəmir yolları vasitəsi ilə Rusiyaya, oradan isə Avropaya uzanacaq.

İran-Ermənistan dəmir yolunun çəkilişi iqtisadi baxımdan da əlverişli deyil. Ermənistanın ixrac potensialı sıfır səviyyəsindədir. Bu ölkə İran malları üçün bazar olsa da, böyük və gəlirli bazar hesab edilə bilməz. Ermənistanda iqtisadi vəziyyət bərbad haldadır, əhalinin alıcılıq qabiliyyəti həddən artıq aşağıdır. Digər tərəfdən, bu ölkədəki strateji sahələr başqa dövlətlərin əlindədir. Yəni orada sərmayə yatırılacaq sahə qalmayıb. İran tacirlərinin Yerevanda mağaza açmasını isə geniş ticarət əlaqələrinin mövcudluğu kimi qələmə vermək sadəlövlükdən başqa bir şey deyil. Belə mağazalardan Bakıda yüzlərlədir. Onu da qeyd edək ki, İranın qeyri-neft sektorunda ixracının əsasını təşkil edən mallar (subtropik meyvələr, püstə, badam, qoz, yer fındığı və s.) dad və keyfiyyət baxımdan yüksək səviyyəli olduğu üçün qiymətləri bahadır. Ermənistanda isə yoxsulluq hökm sürdüyü üçün əhalinin belə malları almaq imkanı məhduddur. Onlar daha çox zəruri ərzaq malları almağa üstünlük verirlər.

Beləliklə, İran ilə Ermənistanın iqtisadi əlaqələrinin zəifliyi obyektiv xarakter daşıyır. Yəni bu əlaqələri İran bilərəkdən zəif səviyyədə saxlamır. Sadəcə olaraq, geniş iqtisadi əməkdaşlıq üçün Ermənistanın potensialı yoxdur. Digər tərəfdən, bu dövlətin müstəqil siyasət apara bilməməsi, qonşularına qarşı əsassız ərazi iddiaları, uydurma soyqırımını təbliğ etməsi bütün qonşuları ilə əlaqələrinin inkişafına mane olur.

Azərbaycan-İran iqtisadi əməkdaşlığının genişliyi, intensivliyi və tərəflər üçün səmərəli olması da obyektiv xarakter daşıyır. Çünki Ermənistandan fərqli olaraq, Azərbaycanın böyük iqtisadi potensialı var.

İran-Ermənistan əlaqələrinin genişliyi haqqında xarici mətbuatda şişirdilmiş rəqəmləri və həqiqəti əks etdirməyən məlumatları erməni lobbisi ona görə dövriyyəyə buraxır ki, rəsmi Bakı ilə Tehranın münasibətlərinin səmimiliyinə kölgə salsın. Onlar bilirlər ki, Azərbaycan ictimaiyyəti Dağlıq Qarabağ məsələsinə son dərəcə həssas yanaşır. Yalan məlumatları yaymaqla ictimaiyyəti işğalçı Ermənistana İranın guya kömək etdiyinə inandırmağa çalışırlar ki, bununla da rəsmi Tehrana qarşı kin yaratsınlar. Azərbaycanın bəzi mətbuat orqanları isə məsələnin mahiyyətinə varmadan, həmin məlumatları xarici saytlardan götürüb dərc edirlər ki, bu da anlaşılmazlıq yaradır.

Əslində səfir M.Pakayin bu məsələyə aydınlıq gətirərək, haqqında bir qədər əvvəl bəhs etdiyimiz mətbuat konfransında bəyan etdi ki, “Azərbaycan ilə İranın münasibətləri qarşılıqlı etimad şəraitində inkişaf edəcək”.

Rabil Kətanov

AZƏRTAC-ın xüsusi müxbiri

Tehran

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Şimali Koreya yeni yaylım atış sistemini sınaqdan keçirib

Alimlər Kolumbiyada daşlaşmış nəhəng tısbağa qalıqları tapıblar

“Voyager 1” zondu uzun fasilədən sonra Yerə siqnal göndərib

İqlim dəyişmələri: İmperator pinqvinləri populyasiyasının 99 faiz azalacağı proqnozlaşdırılır

Rus kosmonavtlar açıq kosmosda 4 saatdan çox vaxt keçiriblər

Azərbaycanlı yazıçıya Aytmatov medalı təqdim edilib

Premyer Liqa: "Mançester Siti" darmadağınla üç xalı qazanıb

ÜST: Yeniyetmələrin siqaret aludəçiliyi səhiyyəyə təhdid yaradır

Görkəmli bəstəkar Nəriman Məmmədova həsr olunmuş xatirə gecəsi keçirilib

Azərbaycanın boks millisi Avropa çempionatını iki medalla başa vurub

Kişi şahmatçılar arasında ölkə çempionatının qalibi bəlli olub

Almaniya Azərbaycanı COP29-da dəstəkləməyə hazır olduğunu ifadə edib

Azərbaycan paraüzgüçüsü Avropa Açıq Çempionatında üçüncü medalını qazanıb

Azərbaycan boksçusu Avropa çempionatında üçüncü yeri tutub

Prezident İlham Əliyev Almaniyaya işgüzar səfərə gəlib VİDEO

Britaniya Kral Hərbi Donanmasına məxsus gəmi husilərin raketini vurub

Gürcüstan hakimiyyəti Avropa Parlamentinin qətnaməsini sərt tənqid edib

Azərbaycan Basketbol Liqası: "Xırdalan" müntəzəm mövsümün son oyununda qalib gəlib

Azərbaycan cüdoçusu Avropa çempionatında gümüş medala yiyələnib

Milli Məclisin sədri Sahibə Qafarova Monteneqroya rəsmi səfərə gedib

Vüqar Rəhimzadə: Azərbaycan ölkələr arasında körpülərin qurulmasında əsas rola malikdir - ŞƏRH

Böyük Britaniya İrana qarşı yeni sanksiyalar tətbiq edib

Gürcüstan müxalifəti yeni mitinq elan edib

® “Kapital Bank” Azərbaycanın Bankçılıq Missiyasının ABŞ-a ilk işgüzar səfərində iştirak edib

Qəbələdə növbəti Aqrar Biznes Festivalı keçirilib

Bakıda “Azərbaycan Arbitraj Günləri” adlı beynəlxalq tədbir başlayıb

® “Bakcell” ilə innovasiya dövrü başlayır!

Şəkidə vətəndaşların dini məsələlərlə bağlı müraciətləri dinlənilib

BMT-nin sessiyası çərçivəsində Azərbaycan ombudsmanının növbəti hesabatı ilə bağlı dinləmə keçirilib

Naxçıvan Muxtar Respublikasının yeni Baş naziri kollektivə təqdim edilib

Əlcəzair parlamentarisinə Azərbaycanın müstəqillik yolu barədə məlumat verilib

Azərbaycan-Macarıstan enerji əməkdaşlığı müzakirə edilib

Türk dövlətləri parlamentlərinin komitə sədrlərinin iclasının yekunları ilə bağlı mətbuat konfransı

Orxan Məmmədov: COP29 fonunda bizneslərin yaşıl transformasiyası mühüm əhəmiyyət kəsb edir

Çin “Şencou-18” kosmik missiyasını uğurla orbitə çıxarıb VİDEO

Akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunmuş beynəlxalq elmi-praktik konfrans keçiriləcək

Azərbaycan ilə Qazaxıstan arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib VİDEO

ASK: Sahibkarlar mübahisələrin həlli ilə bağlı müddəalarda yerli arbitrajlara üstünlük verməlidirlər

Yeni layihə: “UNEC alimlərindən kitab tövsiyələri”

Ali Məclisin yaz sessiyasının növbəti plenar iclası keçirilib

Türkiyə parlamentinin komitə sədri: 2040-cı il hədəflərimizə doğru inamla irəliləyirik

Nazir müavini “Maarifçi” tələbə-məzun təcrübə proqramının iştirakçıları ilə görüşüb

“Azərkosmos” Özbəkistanda torpaqların şoranlıq dərəcəsini qiymətləndirəcək

İrakli Kobaxidze: Əminəm ki, Gürcüstan tezliklə Avropa ailəsinin tamhüquqlu üzvü olacaq

Mayın 1-dən məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başlanır

Sədr: Vəkillər Kollegiyası hüquqşünas tələbələrə ən çox dəstək göstərən hüquq təsisatıdır

Azərbaycanı UEFA Gənclər Liqasında təmsil edəcək komanda bəlli olub

“Metodist hazırlığı” müsabiqəsi üzrə qeydiyyat aparılır

ABŞ-ın həkim-cərrahı Şapur Ənsəriyə Azərbaycanın diaspor siyasəti barədə məlumat verilib

MDB dövlətləri kitabxanalarının nümayəndələri birgə layihələrlə bağlı müzakirə aparıblar

Gədəbəydə fəaliyyət göstərən bazarda ciddi nöqsanlar aşkarlanıb

Milli Məclis Avropa Parlamentinin qərəzli qətnaməsinə münasibət bildirib

İstehlaka yararsız qida məhsulları məhv edilib

Avtoxuliqanlıq edən sürücü 10 gün müddətinə inzibati qaydada həbs olunub

Bərdədə soğan yığımına başlanılıb, qiymət keçən illə müqayisədə xeyli ucuzdur

Bakıdakı Rus evində Yelena Fabianovna Qnesinanın şərəfinə konsert təşkil olunub

Türkiyənin Ege Universitetinin professoru BDU-da coğrafi turizmlə bağlı mühazirə oxuyub

Zəngilan və Laçında birinci sinfə qəbulla bağlı alternativ qeydiyyat mərkəzləri fəaliyyət göstərəcək

Akademik Zərifə Əliyevanın şərəfli ömür yolu hər bir həkim üçün həyat və mənəviyyat məktəbidir

Şəki -Zaqatala Regional Təhsil İdarəsi üzrə birinci sinfə qəbulla bağlı 32 alternativ qeydiyyat mərkəzi yaradılıb

Nazirin birinci müavini: COP29 tədbirinin uğurla keçirilməsi üçün sahibkarların fəal iştirakı zəruridir

Bakıda Türk dövlətləri parlamentlərinin Xarici əlaqələr komitələri sədrlərinin ilk iclası keçirilib YENİLƏNİB

Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyindəki məktəblərin rəhbərləri ilə görüş keçirilib

Xocalının Malıbəyli kəndində aşkarlanmış insan qalıqlarının sayı 8-ə çatıb

Gürcüstan prokurorluğu genişmiqyaslı transmilli cinayətin üstünü açıb

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2024-cü ilin may ayında vətəndaşların  qəbulu CƏDVƏLİ

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Dövlət qulluğuna qəbul imtahanına hazırlaşanlar üçün “2000 test tapşırığı” toplusu nəşr edilib

Azərbaycanda XVI Rus dilində Respublika Olimpiadası başa çatıb

Avropa Parlamenti Gürcüstanla bağlı qətnamə qəbul edib

Bir qrup abituriyent Bakı Dövlət Universitetində

Azərbaycan Qlobal Dayanıqlı Turizm Şurasına üzv qəbul edilib

“Sərhəd” hərbi-idman oyunlarının final mərhələsinin açılış mərasimi keçirilib VİDEO

Bakıda “Kəlağayı festivalı” təşkil ediləcək

Türkiyə Çili Deputatlar Palatasının 1915-ci il hadisələri ilə bağlı qərarını qınayıb

Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun xatirəsinə həsr olunmuş tədbir keçirilib

Abşeron-Xızı Regional Təhsil İdarəsi üzrə birinci sinfə qəbulla bağlı 11 alternativ qeydiyyat mərkəzi yaradılıb

Vəkillər Kollegiyasının sədri universitetlərdə yeni Hüquq fakültələrinin açılmasını təklif edir

Prezidentlər İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar  YENİLƏNİB VİDEO

Azərbaycan gimnastı: Bütün gücümüzlə qarşıdakı Dünya Kuboku yarışlarına hazırlaşırıq

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamın Xıdırlı kənd tam orta məktəbinin təməlqoyma mərasimində iştirak ediblər  YENİLƏNİB-2 VİDEO

Karlo Marino: COP29 Azərbaycan üçün öz potensialını dünyaya nümayiş etdirmək baxımından gözəl imkandır

Nazir: Sahibkarları işğaldan azad edilmiş ərazilərdə biznes qurmağa dəvət edirik

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Konfrans Mərkəzi ilə tanış olublar  YENİLƏNİB VİDEO

Nazir: Əməkhaqqı fondunun 3 dəfə, minimum əməkhaqqının 2,8 dəfə artması böyük nailiyyətdir

“Qərbi Azərbaycana qayıdış” olimpiadasının şəhər mərhələsi keçiriləcək

Azərbaycan cüdoçusu Avropa çempionatının finalına vəsiqə qazanıb

Liseylərin şagirdləri buraxılış imtahanlarında ən yüksək nəticəni əldə ediblər

“Laçında peşə öyrən!” adlı yarmarkada 40-dan çox peşə istiqaməti təqdim olunub VİDEO

Prezident İlham Əliyev və Prezident Sadır Japarov Ağdam Cümə məscidinin bərpadan sonra açılışında iştirak ediblər YENİLƏNİB VİDEO

Azad olunmuş ərazilərə olan avtobus reyslərinin may ayı üzrə biletləri satışa çıxarılır

Bəzi qan təzyiqi dərmanları gözə zərər vura bilər

Anar Bağırov: Artıq vəkil olmaq hüquqşünaslar üçün bir prestij məsələsidir

“Euronews”: Bakı limanı ticarət və logistika sahəsində qlobal lider rolunu daha da möhkəmləndirmək əzmindədir VİDEO

Yol hərəkəti qaydalarını pozan 196 piyada haqqında inzibati protokol tətbiq olunub

Əliyar Ağayev “Panatinaikos”un oyununa təyinat alıb

Məhəmməd Füzuli yaradıcılığına həsr olunmuş tədbir keçirilib

Penitensiar xidmətin rəisi Türkiyədə beynəlxalq tədbirdə iştirak edib

KOBİA sədri: Naxçıvanda sahibkarlar kənd təsərrüfatına investisiya yatırmaqda maraqlıdırlar

Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanışlıq YENİLƏNİB VİDEO