DÜNYA


İran “Cənubi Pars” qaz yatağının inkişaf etdirilməsi üzrə “Total” ilə razılaşıb

A+ A

Bakı, 8 noyabr, Nihad Budaqov, AZƏRTAC

İranın Neft Nazirliyi “Cənubi Pars” qaz yatağının 11-ci fazasının inkişaf etdirilməsi barədə Fransanın “Total” şirkəti ilə razılığa gəlib.

AZƏRTAC İranın Neft Nazirliyinə istinadla xəbər verir ki, qaz yatağında həyata keçiriləcək 6 milyard dollarlıq qaz hasilatı müqaviləsi 6 ay ərzində tamamlanacaq.

Müqaviləyə əsasən, qaz hasilatını “Total” şirkəti başda olmaqla Çin Milli Neft Korporasiyası (CNPC) və İranın “Petropars” şirkətinin daxil olduğu konsorsium həyata keçirəcək.

Müqavilə İran və Qərb ölkələri arasında həyata keçirilən nüvə razılaşması ilə Tehran hakimiyyətinə tətbiq edilən iqtisadi sanksiyaların azaldılmasından sonra bağlanıb. “Total” şirkəti 2012-ci ildə Fransanın İrana tətbiq olunan iqtisadi sanksiyalarda iştirak etməsindən sonra bu ölkədəki fəaliyyətini dayandırmışdı.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.