SİYASƏT


İran KİV-ləri Bakıda keçirilən Dünya Xəbər Agentliklərinin V Konqresi barədə geniş məqalələr dərc edib

A+ A

Tehran, 18 noyabr, AZƏRTAC

Bakıda keçirilən Dünya Xəbər Agentliklərinin V Konqresinin, Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatının (OANA) XVI Baş Assambleyasının iclasları və MDB Dövlət İnformasiya Agentlikləri Rəhbərləri Şurasının (İnformşura) XXII iclası İran İslam Respublikasının KİV-lərinin diqqət mərkəzindədir.

İranın İRNA informasiya agentliyinin ingilisdilli bölməsində Azərbaycan Prezidenti İlham Əliyevin Dünya Xəbər Agentliklərinin V Konqresinin açılış mərasimindəki çıxışından bu sözlər sitat gətirilib: “Azərbaycan əhalisinin 75 faizindən çoxu fəal internet istifadəçisidir”.

Prezident vurğulayıb ki, bu gün Azərbaycanda 40-dan artıq gündəlik, 200-dən artıq həftəlik və aylıq qəzetlər fəaliyyət göstərir. Ölkə ərazisində 10 milli, 1 peyk, 13 regional və 17 kabel televiziyası yayımlanır.

Dövlətimizin başçısı deyib: “Beş qitəni, 80 ölkəni və dünyanın 100-dən artıq aparıcı xəbər agentliyini təmsil edən 200 nəfər qonağımız Bakıda Dünya Xəbər Agentliklərinin V Konqresində toplaşıblar. Belə bir vacib, qlobal və beynəlxalq tədbirə ev sahibliyi etmək bizim üçün böyük şərəfdir. Əminəm ki, qonaqlarımız gündəlikdəki vacib məsələlərin müzakirəsi ilə yanaşı, Azərbaycan haqqında daha dolğun məlumat əldə edəcək, ölkənin inkişafının şahidi olacaqlar”.

Materialda, həmçinin o da göstərilib ki, Heydər Əliyev Fondu və Azərbaycan Dövlət İnformasiya Agentliyi tədbiri yüksək səviyyədə təşkil ediblər.

İranın “Mehr” İnformasiya agentliyi də Bakıda keçirilən Dünya Xəbər Agentliklərinin V Konqresinin işini geniş işıqlandırıb.

Rabil Kətanov

AZƏRTAC-ın xüsusi müxbiri

Tehran

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.