İQTİSADİYYAT
İran OPEC-in neft hasilatının azaldılması üzrə razılaşacağına inanır
Bakı, 29 noyabr, Nihad Budaqov, AZƏRTAC
İran Neft İxrac edən Ölkələr Təşkilatının (OPEC) noyabrın 30-da Vyanada keçiriləcək Nazirlər Şurasının 171-ci iclasında hasilatın azaldılması barədə razılığa gələcəyinə inanır.
AZƏRTAC “Mehr” agentliyinə istinadla xəbər verir ki, bu sözləri İranın neft naziri Bijən Namidar Zəncənə Əlcəzairin enerji naziri Nurəddin Butarfe ilə Tehranda keçirdiyi görüşdən sonra deyib.
“Ümumi proseslər və ictimaiyyətə verilən bəyanatlar OPEC-in neft hasilatı və bazarı idarə etmək baxımından razılığa gələcəyinə işarədir”, - deyə iranlı nazir qeyd edib.
Əlcəzairin enerji naziri Nurəddin Butarfe isə OPEC-in razılığa gələcəyi təqdirdə neftin qiymətinin gələn il 55-60 dollar/barrelə yüksələcəyini, müqavilə olmasa isə qiymətin 50 dollar/barreldən aşağıda qalacağını nəzərdə tutduqlarını bildirib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [10:10]
Azərbaycan neftinin qiyməti dəyişməyib
- 29.08.2023 [10:09]
Dünya birjalarında neft ucuzlaşıb
- 28.08.2023 [16:31]
“Şahdəniz” yatağından ümumilikdə 200 milyard kubmetr qaz hasil olunub
- 28.08.2023 [10:06]
Dünya birjalarında neft bahalaşıb
- 26.08.2023 [12:09]
Qaz xətlərinin yerin altı ilə aparılması qəti qadağandır – Xəbərdarlıq
- 26.08.2023 [10:19]
Azərbaycan neftinin qiyməti 88 dolları ötüb
- 26.08.2023 [10:15]
Dünya birjalarında neft bahalaşıb
- 25.08.2023 [10:22]