CƏMİYYƏT


İran Prezidenti Həsən Ruhani Azərbaycanın din xadimləri ilə görüşüb [YENİLƏNİB]

A+ A

Bakı, 7 avqust, AZƏRTAC

Azərbaycan Respublikasında rəsmi səfərdə olan İran İslam Respublikasının Prezidenti Həsən Ruhani avqustun 7-də Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadə və din xadimləri ilə görüşüb.

İran Prezidentini salamlayan şeyxülislam Allahşükür Paşazadə qeyd edib ki, tarixi və dini tellərlə bağlı olan Azərbaycan ilə İranın əməkdaşlığı sülh və əmin-amanlığa, dövlətlərimizin inkişafına, xalqlarımızın rifahına xidmət edir. Diqqətə çatdırılıb ki, Azərbaycanda bütün dinlərin nümayəndələri bir yerdə sülh şəraitində yaşayırlar və ölkəmizdəki tolerantlıq dünya üçün nümunədir. Azərbaycan nadir ölkələrdəndir ki, burada vəhdət namazları qılınır.

Qafqaz Müsəlmanları İdarəsinin sədri qeyd edib ki, Azərbaycanda İslam dininin abidələrinə xüsusi diqqətlə yanaşılır. Bu siyasətin əsasını ulu öndər Heydər Əliyev qoyub və dövlətimizin başçısı da bunu uğurla davam etdirir.

Azərbaycana səfərindən məmnunluğunu bildirən İran Prezidenti Həsən Ruhani ölkələrimiz arasındakı əlaqələrin yüksək səviyyədə olduğunu vurğulayıb, münasibətlərimizin son illərdə xüsusilə inkişaf etdiyini deyib. Ali qonaq bildirib ki, İran Prezidenti seçiləndən sonra Azərbaycan Prezidenti ilə dəfələrlə görüşüb və bu da ölkələrimiz arasında münasibətlərin dərinləşməsində mühüm əhəmiyyət daşıyır.

İran Prezidenti Azərbaycan xalqına sevgi hissi ilə yanaşdığını vurğuladı.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.