İQTİSADİYYAT


İran Prezidenti Ordubad və Marazad su elektrik stansiyalarının tikintisi haqqında Sazişin təsdiq edilməsi barədə sənədi imzalayıb

A+ A

Tehran, 22 oktyabr, AZƏRTAC

İran Prezidenti Həsən Ruhani "Azərbaycan Respublikası Hökuməti və İran İslam Respublikası Hökuməti arasında Ordubad və Marazad Su Elektrik stansiyalarının tikintisi və istismarı haqqında” Sazişin təsdiq edilməsi barədə sənədi imzalayıb.

Xatırladaq ki, bu Saziş 2014-cü ilin aprelin 9-da Azərbaycan Prezidentinin İrana rəsmi səfəri çərçivəsində imzalanmışdı.

Cari ilin avqustun 31-də isə Saziş İran İslam Şurası Məclisi (parlament) tərəfindən təsdiq edilib.

Qeyd edək ki, bu sənəd Şuraye Neqahban (İran İslam Respublikasının Nəzarət Şurası) tərəfindən də təsdiq edilib. Bu qurum qəbul edilən qanunların ölkə konstitusiyasına və islam qaydalarına uyğunluğuna nəzarət edir.

Rabil Kətanov

AZƏRTAC-ın xüsusi müxbiri

Tehran

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.