DÜNYA
İran Prezidenti: Razılaşma ölkə parlamentindən başqa Milli Təhlükəsizlik üzrə Ali Şurada da təsdiq olunmalıdır
Tehran, 30 avqust, AZƏRTAC
İran İslam Respublikasının Prezidenti Həsən Ruhani yerli və xarici jurnalistlər üçün Tehranda mətbuat konfransı keçirib.
Prezident Qərb dövlətləri ilə İranın nüvə proqramına dair əldə etdiyi razılaşmanın ölkə parlamentindən əlavə Milli Təhlükəsizlik üzrə Ali Şurada da təsdiq (ratifikasiya) olunacağını bəyan edib.
H. Ruhani bildirib ki, İran ilə danışıq aparan Qərb dövlətləri hələlik razılaşmanı parlamentlərinə təqdim etməyiblər. Heç bir dövlətin parlamentində bu məsələ müzakirə edilərək təsdiq olunmayıb ki, İran parlamenti də bundan nümunə götürərək razılaşmanı müzakirə etsin.
İran Prezidenti razılaşmanın tərəflər üçün faydalı olduğunu nəzərə çatdıraraq ölkəyə investisiya qoyulacağını və iqtisadiyyatın inkişaf edəcəyini vurğulayıb.
Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.04.2024 [17:57]
Hava hücumu təhlükəsinə görə Kiyevin iki xəstəxanası təxliyə edilir
- 26.04.2024 [17:45]
Britaniyada iki nəfər Rusiyaya casusluqda ittiham olunur
- 26.04.2024 [16:57]
Ukrayna daha 140 hərbi qulluqçunun cəsədini qaytarıb
- 26.04.2024 [16:44]
Vyetnam parlamentinin sədri istefa verib
- 26.04.2024 [16:32]
Almaniyada əsgər çatışmır
- 26.04.2024 [15:44]
Çinin lideri ilə Blinken arasında görüş gərgin keçib
- 26.04.2024 [15:05]
Çində elektromobil satışları ildə 11,5 milyon ədədə çata bilər
- 26.04.2024 [14:24]