DÜNYA


İran Prezidenti Şərqi Azərbaycan vilayətində təbii fəlakət zonasına baş çəkib

Tehran, 20 aprel, AZƏRTAC

İran Prezidenti Həsən Ruhani Şərqi Azərbaycan vilayətinə səfər edərək təbii fəlakət zonasında olub.

Xatırladaq ki, aprelin 17-də yağan aramsız yağışlar nəticəsində Şərqi və Qərbi Azərbaycan vilayətlərində güclü sel daşqınları olub. Yerli əhaliyə külli miqdarda ziyan dəyib, 49 nəfər həlak olub. Təbii fəlakət zamanı itkin düşənlərin axtarışı davam edir.

Bölgənin rəhbərləri ilə və vətəndaşlarla görüşən Həsən Ruhani bildirib ki, seldən ziyan çəkən bütün insanlara yardım göstəriləcək.

Prezident dağılmış yolların, körpülərin və evlərin bərpası istiqamətində təxirəsalınmaz tədbirlərin həyata keçiriləcəyinə söz verib.

Şərqi Azərbaycan vilayətindəki Çinar kəndi ən çox zərər dəymiş kənd olub. Bu kənd tamamilə suyun altında qalıb.

Rabil Kətanov

AZƏRTAC-ın xüsusi müxbiri

Tehran

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.