ELM VƏ TƏHSİL
İran Prezidentinin ailə və qadın məsələləri üzrə müavini İ.Əfəndiyev adına Elitar Gimnaziyada olub
Oktyabrın 22-də İran İslam Respublikası Prezidentinin ailə və qadın məsələləri üzrə müavini xanım Şahindoxt Movlaverdi və bu ölkənin Azərbaycandakı səfiri Möhsün Pakayin Bakıdakı İ.Əfəndiyev adına Elitar Gimnaziyada olublar.
Təhsil Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, görüşdə Azərbaycan Respublikası təhsil nazirinin müavini Firidun Qurbanov, gimnaziyanın direktoru Sevda Quliyeva bu təhsil müəssisəsi barədə məlumat veriblər. Qeyd edilib ki, hazırda 1164 şagirdin təhsil aldığı gimnaziyanın bu il 47 məzununun hamısı ali məktəblərə qəbul olunub. Onlardan 9-u xarici ölkələrdə təhsil alır.
Görüşdən məmnun qaldığını bildirən Şahindoxt Movlaverdi İranın təhsil sistemi haqqında məlumat verib.
Qonaqlar şagirdlərin əl işlərindən ibarət sərgi ilə tanış olublar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.04.2024 [18:40]
AzTU əməkdaşları beynəlxalq konfransda çıxış ediblər
- 19.04.2024 [18:26]
ADPU-da “Heydər Əliyev dərsləri” davam edir
- 19.04.2024 [18:04]
“Məhəmməd Füzuli və Şərq folkloru” - elmi konfrans
- 19.04.2024 [17:43]
“Sabahın alimləri” XIII respublika müsabiqəsinin bağlanış mərasimi keçirilib
- 19.04.2024 [17:33]