İran Türkiyənin “Zeytun budağı” əməliyyatına münasibət bildirib
Tehran, 21 yanvar AZƏRTAC
İranın Xarici İşlər Nazirliyi Türkiyənin Suriyanın Afrin bölgəsində “Zeytun budağı” adlı hərbi əməliyyata başlamasına dair açıqlama verib.
Açıqlamada bildirilir ki, İran Suriyanın cənubundakı Afrində baş verənləri diqqətlə izləyir və Türkiyə ilə Suriya sərhədində böhranın dərinləşməsini istəmir. İran Suriyanın qonşu dövlətlərlə yaranan problemlərinin danışıqlar yolu ilə həll edilməsinə tərəfdardır. Həmçinin İran Suriyanın ərazi bütövlüyünə hörmətlə yanaşılmasını istəyir və problemin Astana danışıqları çərçivəsində aradan qaldırılmasına çalışır.
Nəzərə çatdırılır ki, İran Suriya münaqişəsinə kənar müdaxilələrin əleyhinədir. Bu müdaxilələr radikal terror qruplaşmalarının yenidən fəallaşmasına səbəb ola bilər.
Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.09.2026 [14:02]
Nazir: Son 7 ayda Gürcüstandan Türkiyəyə 866 cinayətkar ekstradisiya edilib
- 02.09.2026 [13:51]
ABŞ-də dizelin qiyməti yenidən kritik səviyyəyə yaxınlaşır
- 02.09.2026 [13:47]
Nazir Uraloğlu: Gəmi 11 dəqiqə ərzində batıb YENİLƏNİB
- 02.09.2026 [13:41]