DÜNYA


İran Türkiyəyə qoyulmuş turizm qadağasını aradan qaldırıb

A+ A

İstanbul, 13 avqust, AZƏRTAC 

İranda fəaliyyət göstərən turizm agentliklərinə Türkiyəyə qoyulmuş səyahət qadağası ləğv edilib.

Türkiyə KİV-lərinin məlumatına görə, iyulun 15-də Türkiyədə dövlət çevrilişinə cəhdlə bağlı tətbiq edilən bu qadağa İran vətəndaşlarının təhlükəsizliyi üçün nəzərdə tutulmuşdu.

Turizm sahəsində əlaqələrin bərpası barədə razılıq İranın xarici işlər naziri Məhəmməd Cavad Zərifin avqustun 13-də Türkiyəyə səfəri zamanı əldə olunub.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.