DÜNYA
İran Türkmənistanı beynəlxalq məhkəməyə verəcək
Tehran, 4 yanvar AZƏRTAC
İranın Beynəlxalq Qaz Şirkəti öhdəliklərini yerinə yetirmədiyinə görə Türkmənistanı beynəlxalq məhkəməyə verəcək.
Bu barədə yazılı açıqlama verən İran şirkətinin ictimaiyyətlə əlaqələr departamentindən bildirilib ki, yanvarın əvvəllərində Türkmənistan İrana satdığı qazın haqqının ödənilməməsini bəhanə edərək qaz ixracını dayandırıb.
Açıqlamada qeyd olunur ki, Türkmənistanın iddiası əsassızdır. Belə ki, İran iqtisadi sanksiyalara məruz qaldığı dövrdə Türkmənistandan qaz alaraq haqqını nağd pulla deyil, razılaşmaya əsasən avadanlıqlar, müxtəlif mallar və xidmətlər göstərərək ödəyib. Bütün bunlar razılaşmada göstərilib.
Qeyd edək ki, İranın Beynəlxalq Qaz Şirkəti etiraz məktubunu Türkmənistanın Xarici İşlər Nazirliyinə təqdim edib.
Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.03.2024 [16:14]
Latviyanın xarici işlər naziri istefa verib
- 28.03.2024 [15:42]
Gürcüstanda ailə quranların sayı 14,5 faiz azalıb
- 28.03.2024 [14:43]
Gürcüstan iqlim dəyişikliyi ilə mübarizəyə 3,7 milyard lari xərcləyəcək
- 28.03.2024 [14:37]
Nyu-York metrosunda zorakılıq halları artıb
- 28.03.2024 [14:35]
Sorğu: Bayden Trampı 3 faiz fərqlə qabaqlayır
- 28.03.2024 [14:13]