İQTİSADİYYAT
İran Xəzəryanı ölkələr ilə neft mübadiləsi proqramına yenidən başlayacaq
Bakı, 18 avqust, Nihad Budaqov, AZƏRTAC
İran Xəzər dənizi ətrafı ölkələr ilə xam neft mübadiləsi (swap) proqramına yenidən başlayacaq.
AZƏRTAC “CRI”a (China Radio International) istınadla xəbər verir ki, bu barədə İranın Şimal Neft Terminalı şirkətinin baş direktoru Seyid Piroz Musəvi deyib. O qeyd edib ki, İran Xəzər dənizi ətrafındakı digər neft istehsal edən ölkələr ilə xam neft mübadiləsini ilkin mərhələdə gündəlik 100 min barrelə çatdırmağı planlaşdırır. Bu həcmin gələcəkdə artacağı nəzərdə tutulur.
S.Musəvi bu proqram vasitəsilə Rusiya və Qazaxıstanda hasil edilən neftin İranın şimalında qəbul ediləcəyini, ölkəsinin isə bunun müqabilində həmin nefti Bəsrə körfəzindən bu ölkələrin lehinə nəql edəcəyini bildirib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [10:10]
Azərbaycan neftinin qiyməti dəyişməyib
- 29.08.2023 [10:09]
Dünya birjalarında neft ucuzlaşıb
- 28.08.2023 [16:31]
“Şahdəniz” yatağından ümumilikdə 200 milyard kubmetr qaz hasil olunub
- 28.08.2023 [10:06]
Dünya birjalarında neft bahalaşıb
- 26.08.2023 [12:09]
Qaz xətlərinin yerin altı ilə aparılması qəti qadağandır – Xəbərdarlıq
- 26.08.2023 [10:19]
Azərbaycan neftinin qiyməti 88 dolları ötüb
- 26.08.2023 [10:15]
Dünya birjalarında neft bahalaşıb
- 25.08.2023 [10:22]