İQTİSADİYYAT
İran "Caspian Pharmed" əczaçılıq zavoduna 11 milyon dollardan çox sərmayə yatıracaq VİDEO
Bakı, 16 yanvar, Elvin Camalov, AZƏRTAC
İran tərəfi "Caspian Pharmed" əczaçılıq zavoduna 11 milyon dollardan çox sərmayə yatıracaq.
AZƏRTAC xəbər verir ki, bu sözləri İran İslam Respublikasının kooperasiya, əmək və sosial rifah naziri Əli Rəbii jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, əsas hədəf zavod istehsala başlayandan sonra Azərbaycanın dərman idxalından asılılığını aradan qaldırmaqdır. Gələcəkdə qonşu ölkələrə - Rusiyaya, Gürcüstana, Qazaxıstana və Mərkəzi Asiya ölkələrinə 1 milyon dollar dəyərində müxtəlif dərmanlar ixrac ediləcək.
Azərbaycanla əməkdaşlığın gələcəkdə daha da genişləndirilməsini vurğulayan nazir qeyd edib ki, turizm, yol infrastrukturu və iqtisadiyyatın digər sahələrində birgə fəaliyyət nəzərdə tutulub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.04.2024 [19:13]
® “Bakcell” bütün ölkəni bulvardakı konsertə çağırır
- 24.04.2024 [18:57]
Azərbaycanın turizm imkanları Qazaxıstanda nümayiş olunur
- 24.04.2024 [18:31]