İDMAN


İran amerikalı güləşçilərə dünya kubokunda iştirak üçün viza verəcək

Bakı, 6 fevral, AZƏRTAC 

ABŞ komandası İranın Kirmanşah şəhərində təşkil ediləcək sərbəst güləş üzrə dünya kubokunda iştirak üçün viza ala biləcək.

AZƏRTAC TASS-a istinadla xəbər verir ki, bu barədə İranın Xarici İşlər Nazirliyinin (XİN) rəsmisi Bəhram Qasemi açıqlama verib.

Məlumatda bildirilib ki, XİN fevralın 16-17-də İranda keçiriləcək yarışa qatılmaq məqsədilə bu ölkəyə səfər etmək istəyən amerikalı güləşçilərə viza verilməsinə qərar verib.

İki gün əvvəl bu məsələyə İranın xarici siyasət idarəsinin xüsusi komitəsində baxılaraq ABŞ idmançılarının ölkəyə gəlişinə bir mənalı şəkildə qarşı çıxılmışdı. Ancaq B.Qasemi qərar dəyişikliyini belə izah edib: “Məsələ məhz ABŞ prezidenti Donald Trampın İran vətəndaşlarına viza verilməsinə məhdudiyyətin qismən dayandırılması, eləcə də beynəlxalq və yerli güləş federasiyalarının xahişindən sonra yenidən gündəmə gətirilib”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.