DÜNYA


İran bankları kredit kartından istifadəyə başlayıb

A+ A

Bakı, 26 sentyabr, Nihad Budaqov, AZƏRTAC

İrandakı banklar daxili bazarı canlandırmaq məqsədilə müştərilərinə ilk dəfə kredit kartı paylayıb.

AZƏRTAC “IRNA”ya istinadla xəbər verir ki, ölkə iqtisadiyyatını gücləndirmək məqsədilə çıxarılan kredit kartları Mərkəzi Bank tərəfindən təyin olunan ən aşağı limit 100 milyon rial (2800 dollar), 300 milyon rial (8400 dollar) və ən yuxarı limit 500 milyon rial (14 min dollar) olmaqla üç fərqli kart limiti ilə əhaliyə təqdim edilib.

Banklar tərəfindən verilən kredit kartlarının beynəlxalq kredit kartı şirkətləri ilə bir əlaqəsinin olmadığı, təkcə ölkə daxilinə istifadə ediləcəyi bildirilib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.