DÜNYA


İran beş təyyarə ilə Qətərə ərzaq yardımı göndərib

Tehran, 11 iyun, AZƏRTAC

İran beş təyyarə ilə Qətərə ərzaq yardımı göndərib.

Bu barədə İran Hava Yolları şirkətinin rəhbəri Şahrux Nüşəbadi mətbuat açıqlamasında deyib. Onun sözlərinə görə, meyvə və tərəvəzdən ibarət olan 90 ton ərzaq yardımı beş təyyarəyə yüklənərək Doha şəhərinə yola salınıb.

Ş.Nüşəbadi bildirib ki, daha bir təyyarə isə sabah yola salınacaq.

Yerli mətbuatin yazdığına görə, İran Qətərə gəmilərlə də ərzaq məhsulları göndərib. Bu günədək Qətər limanlarına gəmilərlə 359 ton ərzaq məhsulları göndərilib.

Xatırladaq ki, Yaxın Şərq dövlətlərinin Qətərlə diplomatik əlaqələri kəsərək bu dövlətə qarşı sanksiya tətbiq etməsi əmirlikdə ərzaq qıtlığı yaradıb.

Rabil Kətanov

AZƏRTAC-ın xüsusi müxbiri

Tehran

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.