DÜNYA
İran dövlət dəmir yolları idarəsinin rəhbəri istefa verib
Tehran, 27 noyabr AZƏRTAC
İran dövlət dəmir yolları idarəsinin baş direktoru Möhsün Purseyd Ağayi istefa verib.
Yerli mətbuatın yazdığına görə, istefaya noyabrın 25-də İranın Seman vilayətində baş verən ağır qatar qəzası səbəb olub.
Xatırladaq ki, qəza nəticəsində 45 nəfər həyatını itirib, 100-dən çox insan isə yaralanıb. İranın hüquq mühafizə orqanları hadisəni araşdırmağa başlayıblar. Artıq üç nəfər məsul şəxsin həbs edildiyi bildirilir.
İstefasının səbəbini açıqlayan M.P.Ağayi bəyan edib ki, dəmir yolunda baş verən hadisədə o da məsuliyyət daşıyır və insan tələfatı ilə nəticələnən qəzadan sonra vəzifədə qala bilməz. Baş direktor bildirib ki, istefa ərizəsini yollar və şəhərsalma naziri Abbas Axundiyə verib və nazir ərizəni qəbul edib.
Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 25.04.2024 [19:04]
Çin “Şencou-18” kosmik missiyasını uğurla orbitə çıxarıb
- 25.04.2024 [18:04]
Gürcüstan prokurorluğu genişmiqyaslı transmilli cinayətin üstünü açıb
- 25.04.2024 [17:57]
Avropa Parlamenti Gürcüstanla bağlı qətnamə qəbul edib
- 25.04.2024 [16:31]
Fransızların çoxu Makronun Aİ qərarlarına real təsir göstərdiyinə inanmır
- 25.04.2024 [15:25]
Britaniya alimləri xərçəngin müalicəsində mühüm addım atıblar
- 25.04.2024 [15:19]