İDMAN


İran idmançısı: Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunlarında unudulmaz anlar yaşadıq

Tehran, 2 iyun AZƏRTC

Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunları idmançılara unudulmaz anlar yaşatdı.

Bu sözləri AZƏRTAC-a müsahibəsində IV İslam Həmrəyliyi Oyunlarında pnevmatik tapançadan (10m) atıcılıq növü üzrə yarışlarda qızıl medal qazanan Nərgiz Gülnejad deyib.

İranı təmsil etməkdən və vətəninə qızıl medalla qayıtmaqdan qürur hissi duyan idmançı bildirib ki, yarışlar zamanı və asudə vaxtlarda idmançılara böyük qayğı ilə yanaşılırdı. Təşkilatçılıq yüksək səviyyəli idi. İdman arenaları yeni və standartlara uyğun tikilib.

Bakını gəzdiyini deyən N.Gülnejad şəhərin axşam işıqlandırılmasının xüsusi ilə gözəl olduğunu qeyd edib. Dənizkənarı Milli Parkın isə istirahət üçün əla məkan olduğunu bildirib.

Rabil Kətanov

AZƏRTAC-ın xüsusi müxbiri

Tehran

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.