İDMAN


İran idmançısı: IV İslam Həmrəyliyi Oyunları yüksək səviyyədə təşkil olunub

Tehran, 20 may, AZƏRTAC

Bakıda keçirilən İslam Həmrəyliyi Oyunları yüksək səviyyədə təşkil olunub. Bütün hakimlər ədalətli qərarlar verirdi.

Bu sözləri AZƏRTAC-a müsahibəsində İran idmançısı, 84 kiloqram çəki dərəcəsində İslamiadanın karate üzrə qızıl medal mükafatçısı Səyyad Gənczadə deyib.

İdmançı IV İslam Həmrəyliyi Oyunları kimi beynəlxalq idman yarışında qızıl medal qazanmağı ilə qürur duyduğunu bildirib.

O qeyd edib ki, yarışları başa vurduqdan sonra Bakını gəzib və gördüklərinə heyran olub. Qədimliklə müasirliyi birləşdirən Bakı hər kəsin diqqətini özünə çəkir.

Bakının idman arenalarından da danışan S.Gənczadə onların yeni və müasir standartlara uyğun olduğunu vurğulayıb.

Rabil Kətanov

AZƏRTAC-ın xüsusi müxbiri

Tehran

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.