DÜNYA
İran ilə Almaniya neft-kimya müqaviləsi imzalayıb
Bakı, 3 avqust, Nihad Budaqov, AZƏRTAC
İranın “Kian” şirkəti ilə Almaniyanın neft-kimya nəhəngi “Linde Group” şirkəti İran şirkətinin Aseluye özəl neft-kimya bölgəsindəki ikinci sahəsində olefin istehsal vahidinin ilk mərhələsi üçün mühəndislik və dizayn üzrə müqavilə imzalayıblar.
AZƏRTAC İranın rəsmi xəbər agentliyi “IRNA”ya istinadla xəbər verir ki, birillik müqavilə təxminən 35 milyon avroluq maliyyə kredit ilə imzalanıb.
İranın neft nazirinin müavini Marzieh Şahdaiye “Linde” şirkətinin İrandakı sərmayələrinin mühəndislik, satınalma, istehsal müqaviləsi çərçivəsində reallaşdırılacağını və şirkətin bu ölkənin Aseluye bölgəsindəki ən böyük neft-kimya layihələrindən birini həyata keçirəcəyini deyib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.03.2024 [15:42]
Gürcüstanda ailə quranların sayı 14,5 faiz azalıb
- 28.03.2024 [14:43]
Gürcüstan iqlim dəyişikliyi ilə mübarizəyə 3,7 milyard lari xərcləyəcək
- 28.03.2024 [14:37]
Nyu-York metrosunda zorakılıq halları artıb
- 28.03.2024 [14:35]
Sorğu: Bayden Trampı 3 faiz fərqlə qabaqlayır
- 28.03.2024 [14:13]