DÜNYA


İran ilə Almaniya neft sahəsində əməkdaşlıq edəcək

A+ A

Tehran, 2 sentyabr, AZƏRTAC

Almaniyanın Wintershall Holding şirkəti ilə İranın Neft Nazirliyi arasında memorandum imzalanıb.

Nazir müavini Əli Kardorun verdiyi məlumata görə, alman şirkəti İranın qərb regionundakı neft yataqlarında iş aparacaq. Lakin nazir müavini memorandumda nəzərdə tutulan işlərin miqyasını və yatırılacaq investisiyanın məbləğini açıqlamayıb.

Wintershall Holding-in rəsmi nümayəndəsi Stefan Leniq belə bir memorandumun imzalandığını təsdiqləyib və bildirib ki, gələcəkdə şirkət İran ilə daha yaxın əməkdaşlıq əlaqələri qurmaq niyyətindədir.

İran mətbuatı qeyd edir ki, Qərb şirkətlərinin neft sahəsinə investisiya yatırmaq istəklərinin reallaşması üçün hökumət lazımi tədbirləri həyata keçirib. Bu investisiyalar İran iqtisadiyyatının canlanmasına səbəb olacaq.

Rabil Kətanov

AZƏRTAC-ın xüsusi müxbiri

Tehran

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.