İQTİSADİYYAT
İran ilə Azərbaycan arasında gömrük prosedurlarının sadələşdirilməsi müzakirə olunub
AZƏRTAC xəbər verir ki, A.Əliyev ölkələrimizi dost və qardaşlıq münasibətlərinin birləşdirdiyini qeyd etdi. Komitə sədri Azərbaycanın İran ilə münasibətlərə böyük önəm verdiyini xatırladaraq dedi: “İki ölkə arasında dostluq münasibətləri, eyni zamanda, siyasi iradə gömrük orqanlarının mövcud əlaqələrini daha da yaxşılaşdırmağa imkan verir və bu imkandan maksimum istifadə ediləcək. Biz münasibətləri indiki dövrdə yeni müstəvidə qurmalıyıq”.
A.Əliyev, həmçinin bildirdi ki, nəqliyyat vasitələri və yüklərin gömrük məntəqələrində qısa müddətdə rəsmiləşdirilməsi Azərbaycan üçün önəmli məsələdir.
M.Kərbasiyan isə İran və Azərbaycan arasında gömrük sahəsində həll olunmamış heç bir məsələnin qalmayacağına əminliyini ifadə etdi, ölkəmizin gömrük sisteminin inkişafından razı qaldığını vurğuladı: “Azərbaycan böyük inkişaf yolu keçib. Bu, özünü gömrük sahəsində də büruzə verir. İki ölkə arasında gömrük prosedurlarının sadələşdirilməsi olduqca önəmlidir. Biz sərhəd-keçid məntəqələrinin fasiləsiz fəaliyyət göstərməsinə çalışmalıyıq. Ümid edirik ki, İran Prezidentinin Bakıya nəzərdə tutulan səfərində bu məsələlər də müzakirə olunacaq”.
Tərəflər qarşılıqlı maraq doğuran bu və digər məsələlərə dair fikir mübadiləsi apardılar.