DÜNYA


İran ilə İndoneziya 8,4 milyard dollarlıq neft emalı zavodu inşa edəcək

A+ A

Bakı, 11 avqust, Nihad Budaqov, AZƏRTAC

İran ilə İndoneziya bu ölkədə 8,4 milyard dollarlıq neft emalı zavodu inşa edəcək.

AZƏRTAC “Mehr” agentliyinə istinadla xəbər verir ki, bununla bağlı iki ölkə şirkətləri arasında müqavilə imzalayıb. Layihəyə Çin və Avropadan investorların da daxil olduğu bildirilir. Neft emalı zavodunun tikintisinin 4,5-5 ildə tamamlanması nəzərdə tutulur. Yeni zavodun tutumu ildə 300 min barrel olacaq.

İranın səlahiyyətliləri zavodda istehsal ediləcək neft məhsullarının 30 faizinin İrana, 20 faizinin İndoneziyaya, 50 faizinin isə Çinə məxsus olacağını deyiblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.