SİYASƏT


İran mətbuatı Azərbaycan Ordusunun uğurundan yazır

Tehran, 17 may, AZƏRTAC

İranın “Tasnim news” xəbər agentliyi Azərbaycan Ordusunun Ermənistanın hava hücumundan müdafiə kompleksini vurması barədə məlumat yayıb.

Məlumatda bildirilir ki, Azərbaycan ordusu cəbhənin Füzuli-Xocavənd istiqamətində Ermənistanın “OSA” tipli hava hücumundan müdafiə sistemini və onun şəxsi heyətini məhv edib.

Azərbaycanla Ermənistanın müqayisə edildiyi məlumatda Azərbaycanın hərbi büdcəsinin Ermənistanın bütövlükdə dövlət büdcəsindən çox olduğu diqqətə çatdırılır.

Rabil Kətanov

AZƏRTAC-ın xüsusi müxbiri

Tehran

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.