SİYASƏT


İran mətbuatı prezidentlərin Bakıda keçirilən üçtərəfli Zirvə görüşünü geniş işıqlandırıb

Tehran, 9 avqust, AZƏRTAC

İran Prezidenti Həsən Ruhaninin Azərbaycana rəsmi səfəri, Bakıda Azərbaycan, İran və Rusiya prezidentlərinin üçtərəfli Zirvə görüşü yerli mətbuat tərəfindən geniş işıqlandırılıb.

İRNA, Mehr, Fars, Parsine xəbər agentlikləri, Tehran Times, Keyhan və başqa qəzetlər, ingilisdilli PRESS TV televiziya kanalı Bakı görüşünə xüsusi yer veriblər.

Yayılan xəbərlərdə bildirilir ki, Azərbaycan regionun inkişaf etmiş dövlətidir. Azərbaycan Prezidentinin bu cür görüşlər təşkil etməsi onun əməkdaşlıq əlaqələrinin genişləndirilməsi və regionda daimi sabitliyin təmin olunması istəyini göstərir.

Qeyd olunur ki, regionun iqtisadi potensiala malik dövlətlərinin bir araya gəlməsi gələcək üçün böyük perspektivlər vəd edir.

Rabil Kətanov

AZƏRTAC-ın xüsusi müxbiri

Tehran

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.