MƏDƏNİYYƏT


İran musiqi qrupu Milli Konservatoriyanın qonağı olub

Bakı,17may, AZƏRTAC

Azərbaycan Milli Konservatoriyasında İran İslam Respublikasının ölkəmizdəki səfirliyinin Mədəniyyət Mərkəzinin dəstəyi ilə konsert keçirilib.

Konsertdə Fars körfəzi sahilində yerləşən Buşəhr əyalətinin “Şalu” folklor qrupu maraqlı proqramla çıxış edib.

Tədbirdə səfirliyin Mədəniyyət Mərkəzinin sədri Əsgər Farsi həm Azərbaycanın, həm də İran mədəniyyətinin, incəsənətinin, musiqisinin dünyada xüsusi yeri olduğunu diqqətə çatdırıb.

Konsert proqramı ilə çıxış edən “Şalu” qrupu sonda, ifa etdikləri musiqi alətləri və Buşəhr musiqisi haqqında iştirakçılara ətraflı məlumat veriblər.

Musiqi qrupuna və Mədəniyyət Mərkəzinə təşəkkür edən konservatoriyanın rektoru, Xalq Artisti Siyavuş Kərimi İran musiqisinin ümumilikdə dünyada çox sevildiyini bildirərək dinlədiyi musiqidən böyük zövq aldığını söyləyib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.