DÜNYA


İran neft-qaz layihələri üzrə 16 beynəlxalq enerji şirkəti ilə danışıqlar aparır

Bakı, 20 oktyabr, Nihad Budaqov, AZƏRTAC

İran 16 beynəlxalq enerji şirkəti ilə ölkədəki 50 neft və təbii qaz layihəsi üçün danışıqları davam etdirir.

AZƏRTAC “Mehr” agentliyinə istinadla xəbər verir ki, bu barədə İran Milli Neft Şirkətinin rəhbəri Qulam Rıza Manuçehri deyib.

O, neftin barrel qiymətinin 40 dollar olsa belə layihələrin icra ediləcəyini bildirib. İranın cənub-qərb sərhədindəki “Azadegan” yatağı isə ilk elan edilən layihə olacaq və gündəlik 600 min barrel neft hasilatı üçün yatağın işlənməsinə təxminən 10 milyard dollar vəsaitə sərf ediləcək.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.