DÜNYA
İran növbəti beş ildə neft hasilatını 20 faiz artıracaq
Bakı, 26 may, AZƏRTAC
Növbəti beş ildə İran neft hasilatını 20 faiz artıraraq, gündəlik 5 milyon barelə çatdırmağı planlaşdırır.
AZƏRTAC “RİA Novosti” agentliyinə istinadla xəbər verir ki, bunu İranın neft naziri Bijan Zanqane bildirib.
İranlı nazir bunu yeni yataqların işlənilməsi və istismar edilən obyektlərdə texnologiyaların təkmilləşdirilməsi ilə əlaqələndirib.
Aprelin sonunda İranda neft hasilatının həcmi sutkada 3,8 milyon barel təşkil edib.
Qeyd edək ki, ötən gün OPEK və müttəfiqləri neft hasilatının azaldılmasına dair sazişin müddətinin daha doqquz ay, yəni 2018-ci ilin birinci rübünədək uzadılmasına qərar veriblər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.03.2024 [15:18]
Qar uçqunu Türkiyənin şərqində 158 yaşayış məntəqəsi ilə əlaqəni iflic edib
- 19.03.2024 [14:27]
Keniyada yol qəzası nəticəsində azı 11 tələbə həlak olub
- 19.03.2024 [14:24]
Yaponiya Mərkəzi Bankı 17 ildən sonra mənfi faiz siyasətini dayandırır
- 19.03.2024 [14:22]
Ermənistan “Mir” ödəniş kartına xidməti dayandıracaq
- 19.03.2024 [13:34]
Londonda Benksinin növbəti monumental boyakarlıq nümunəsi meydana çıxıb
- 19.03.2024 [13:02]