SİYASƏT


İran nümayəndə heyəti Heydər Əliyev adına Azərbaycan Ali Hərbi məktəbində olub

A+ A

Bakı, 21 oktyabr, AZƏRTAC

İran İslam Respublikasının ölkəmizdə dostluq səfərində olan Hərbi Dəniz Qüvvələrinin “Dəmavənd” və “Cövşən” hərbi gəmilərinin şəxsi heyəti Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində olub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, 1-ci dərəcəli kapitan Əbdülhüseyn Zəfərinin rəhbərlik etdiyi nümayəndə heyətinin hərbi məktəbin komandanlığı ilə görüşü keçirilib.

Sonra qonaqlara hərbi təhsil müəssisəsinin yaranma tarixi haqqında ətraflı brifinq təqdim edilib. İran nümayəndə heyəti hərbi dəniz fakültəsindəki tədris prosesi ilə tanış olublar.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.