DÜNYA


İran ordusu təlimlərə başlayıb

Tehran, 24 may AZƏRTAC

Mayın 24-də İran İslam Respublikası ordusunun quru qoşunlarının İsfahanda “Beytül-Müqəddəs-29” adlı təlimləri başlanıb.

Bu barədə məlumat yayan yerli mətbuat bildirir ki, təlimlərə piyada qüvvələr, artilleriya, hərbi vertolyotlar və İran Ordusu Hərbi Hava Qoşunlarının qırıcı təyyarələri ilə yanaşı, pilotsuz ucan təyyarələr də cəlb edilib.

Təlimlərə general Nozər Neməti rəhbərlik edir.

Bəzi mətbuat orqanları yazır ki, təlimlər İran–İraq müharibəsi zamanı 578 gün işğalda qalmış Xürrəmşəhrin azad olunmasının 35 illiyinə həsr olunsa da, əslində, ABŞ Prezidentinin Yaxın Şərq səfəri zamanı İranın ünvanına söylədiyi təhdidlərə cavabdır.

Rabil Kətanov

AZƏRTAC-ın xüsusi müxbiri

Tehran

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.