DÜNYA


İran parlamentinə hücum nəticəsində ölənlərin sayı 7 nəfərə çatıb

Bakı, 7 iyun, AZƏRTAC

İran parlamentinə silahlı hücum nəticəsində ölənlərin sayı 7 nəfərə çatıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Tasnim agentliyi məlumat yayıb. Agentlik, həmçinin 4 nəfərin girov saxlanıldığını bildirir.

Xatırladaq ki, bu gün səhər saatlarında İran parlamentinə və İmam Xomeyni mavzoleyinə silahlı hücumlar olub. Həmçinin təhlükəsizlik orqanları İmam Xomeyni mavzoleyinin qarşısında partlayıcı qurğu aşkarlayaraq zərərsizləşdirib.

İranın daxili işlər naziri parlamentə və mavzoleyə hücumlarla bağlı Tehranda təcili iclas çağırıb.

FARS agentliyinin məlumatına əsasən, hücumların məsuliyyətini İŞİD terror qruplaşması öz üzərinə götürüb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.