DÜNYA


İran parlamentinə hücumun yeni təfərrüatları

Bakı, 7 iyun, AZƏRTAC

Parlamentin binasına girən terrorçular qadın paltarında olublar. Bunu İran daxili işlər nazirinin müavini Məhəmməd Hüseyn Zülfüqar bildirib.

AZƏRTAC xəbər verir ki, FARS agentliyi nazir müavininin bu sözlərini sitat gətirib: “Qadın paltarı geymiş terrorçular İran parlamentinin qəbul otağına giriblər. İki nəfər ölüb, 30 nəfərədək insan yaralanıb. Hücum edənlər 4 nəfər olub”. O, həmçinin terrorçulardan birinin öldürüldüyünü təsdiqləyib.

Xatırladaq ki, bu gün səhər saatlarında bir qrup şəxs İran parlamentinin binasına daxil olaraq atəş açıb. Həmçinin Ayətullah Xomeyninin türbəsi də silahlı hücuma məruz qalıb: hücum edənlərdən biri özünü mavzoleyin yaxınlığında partladıb. Güc strukturları burada iki nəfəri həbs ediblər.

İki insident nəticəsində 8 nəfərin həlak olduğu bildirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.