DÜNYA


İran parlamentinin fəaliyyəti bərpa edilib

Tehran, 7 iyun , AZƏRTAC 

İran parlamentinin fəaliyyəti artıq bərpa olunub.

Bu barədə İranın daxili işlər nazirinin müavini Hüseyn Zülfaqari keçirdiyi brifinqdə məlumat verib.

O bildirib ki, terrorçular parlamentə qadın paltarında daxil olub. Onlar binaya daxil olan kimi çadranın altında gizlətdikləri avtomat silahdan mühafizəçilərə atəş açıblar. Parlamentin mühafizəçiləri ilə atışmada dörd terrorçu iştirak edib. Onlardan üçü mühafizəçilər tərəfindən öldürülüb, digəri isə özünü partladıb.

Nazir müavini araşdırmanın davam etdiyini bildirib.

Rabil Kətanov

AZƏRTAC-ın xüsusi müxbiri

Tehran

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.