DÜNYA
İran qadınlarının ölkənin ictimai-siyasi həyatındakı rolu artır
Tehran, 17 fevral AZƏRTAC
İran qadınlarının 10 faizi dövlət idarəçiliyinə cəlb edilərək uğurla fəaliyyət göstərirlər.
Bu barədə İranın qadın və ailə məsələləri üzrə vitse-prezidenti Şahindoxt Malaverdi açıqlamasında bildirib. O, qeyd edib ki, İslam inqilabından sonra İran qadınlarının cəmiyyətdəki yeri və rolu haqqında dünya ictimaiyyətində yanlış təsəvvür formalaşdırılıb. Vitse-prezident nəzərə çatdırıb ki, 1979-cu ildə baş vermiş İslam inqilabından sonra ali məktəblərdə təhsil alan qızların sayı 14 dəfə artıb. Bu gün İran qadınlarının 22 faizi kənd təsərrüfatı, 25 faizi sənaye sahələrində çalışırlar. Qadınlar ölkənin siyasi həyatında da fəal rol oynayırlar. İran parlamentindəki qadın deputatların sayi 18 nəfərdir.
Prezident Həsən Ruhaninin tövsiyəsinə əsasən, ölkə nazirliyi Sistan, Bəllucistan, Gülüstan və Hörmüzgan ostandarlıqlarına qadın rəhbərlər təyin edib.
Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.04.2024 [19:06]
Gürcüstan və AİB arasında əməkdaşlığın perspektivləri müzakirə edilib
- 19.04.2024 [18:45]
Tbilisidə mitinqlər zamanı beş polis əməkdaşı yaralanıb
- 19.04.2024 [18:37]
İranın Parisdəki konsulluğuna girən şübhəli şəxs saxlanılıb
- 19.04.2024 [18:20]
Gürcüstanın müdafiə naziri ABŞ generalı ilə görüşüb
- 19.04.2024 [18:00]
“World Weather Attribution”: Qərbi Afrikanı görünməmiş istilər bürüyüb
- 19.04.2024 [17:59]
İsveçrədə “tarakanabənzər dron” hazırlanıb
- 19.04.2024 [17:55]
İranın Parisdəki konsulluğu polisdən müdaxilə tələb edib
- 19.04.2024 [17:22]