SİYASƏT
İran saytı Bakının gözəlliyindən və müasirliyindən yazıb
Tehran, 28 iyun, AZƏRTAC
İran İslam Respublikasının “Parsine” saytında Bakı şəhərinin gözəlliyi və müasirliyi haqqında məqalə yerləşdirilib. “Bakının turizm sahəsindəki cazibəsini tanıyaq” başlıqlı yazıda bildirilir ki, Xəzər sahilində yerləşən bu şəhər Avropa şəhərləri kimi çox gözəl və təmizdir. Bakıda dünyada brend hesab edilən 5 ulduzlu otellər fəaliyyət göstərir.
Məqalədə qeyd olunur ki, Bakının əlverişli infrastrukturu var. Şəhərin işıqlandırılması elə təşkil edilib ki, bir çox yerlərdə gecə ilə gündüzün fərqi bilinmir. Bayraq Meydanı, Heydər Əliyev Aeroportu unikal tikililərdəndir. Şəhərdə tarixi abidələr də çoxdur.
Sayt Bakı sakinlərinin qonaqpərvər və gülərüz olduğunu qeyd edərək, onu turistlər üçün gözəl məkan kimi dəyərləndirib.
Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran