SİYASƏT


İran saytı Ermənistan hökumətini “uşaqları qətlə yetirən vəhşi rejim” adlandırıb

Tehran, 6 iyul AZƏRTC

İranın “Yol Press” saytı Ermənistanın Füzuli rayonunun Alxanlı kəndini artilleriya atəşinə tutması nəticəsində 2 yaşlı Azərbaycan vətəndaşı Zəhra Quliyevanın öldürülməsi haqqında yazıb.

Yazıda Ermənistan hökuməti “uşaqları qətlə yetirən vəhşi rejim” adlandırılıb. Qeyd olunub ki, işğalçı Ermənistanın silahlı bölmələri atəşkəsi pozaraq Azərbaycanın dinc əhalisini hədəfə alır.

Sayt “Teleqram” sosial şəbəkəsində “Zəhra üçün dua et” kompaniyasına başlayıb.

İran ictimaiyyəti ermənilər tərəfindən azyaşlı uşağın qətlə yetirilməsindən hiddətlənib. “Yol Press” saytında balaca Zəhranın öldürülməsi ilə bağlı verilən xəbərin altında yazılan şərhlər bu hiddəti göstərir.

Şərhlərdə Ermənistan lənətlənərək Azərbaycan torpaqlarının işğalçısı kimi göstərilir. Qeyd olunub ki, ermənilərin 2 yaşlı uşağı və onun nənəsini öldürməsi insanlığa sığmayan hərəkətdir.

Rabil Kətanov

AZƏRTAC-ın xüsusi müxbiri

Tehran

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.