İDMAN


İran saytları IV İslam Həmrəyliyi Oyunlarının bağlanış mərasimindən yazıb

Tehran, 23 may, AZƏRTAC

İranın İRNA, “Mehr” və “Tabnak” xəbər agentlikləri Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunlarının bağlanış mərasimindən yazıb.

Qeyd olunub ki, İslam Həmrəyliyi Oyunlarının bağlanış mərasimi açılış mərasimi kimi möhtəşəm olub. İran idmançıları ümumilikdə 98 medal qazanıblar ki, onların da 39 qızıl, 26 gümüş, 33-ü isə bürüncdür. Yarışlara ev sahibliyi edən Azərbaycan ümumi hesabda bütün komandaları arxada qoyaraq 75 qızıl medalla IV İslam Həmrəylik Oyunlarının qalibi olub.

Qeyd edilib ki, hakimlərin ədalət prinsipini əsas tutduğu bu beynəlxalq idman yarışında idmançılar üçün də yaxşı şərait yaradılıb. Təşkilatçılar yeməklərin də tam halal məhsullardan hazırlanmasını nəzərə alıblar.

Vurğulanıb ki, yarışlarda 54 ölkədən 22 idman növü üzrə 3 mindən çox idmançı çıxış edib. Oyunları televiziyalar vasitəsilə 1 milyard insan izləyib. Oyunlar müvəffəqiyyətlə başa çatıb.

“Tabnak” saytı isə bağlanış mərasiminin möhtəşəmliyini əks etdirən fotosessiya təqdim edib.

Rabil Kətanov

AZƏRTAC-ın xüsusi müxbiri

Tehran

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.