Azərbaycan Dövlət İnformasiya Agentliyi

DÜNYA

İran seçkilər ərəfəsində: növbəti prezident kim olacaq?

İran seçkilər ərəfəsində: növbəti prezident kim olacaq?

Tehran, 26 oktyabr, AZƏRTAC

İran İslam Respublikası növbəti prezident seçkiləri ərəfəsindədir. Ölkənin növbəti prezidenti kim olacaq? İndi bu sual həm ölkə daxilində, həm də xaricdə çoxlarını düşündürür.

İran Azərbaycanın yaxın qonşusu və dost ölkədir. Son dövrlərdə hər iki ölkə prezidentlərinin nümayiş etdirdiyi siyasi iradə dövlətlərarası münasibətlərin inkişafında yeni səhifə açıb. Azərbaycan Prezidentinin 2014-cü ilin aprelində və 2016-cı ilin fevralında İrana, qarşılıqlı olaraq 2014-cü ilin noyabrında və 2016-cı ilin avqustunda İran Prezidenti Həsən Ruhaninin Azərbaycana rəsmi səfərləri əməkdaşlıq əlaqələrinin genişlənməsinə güclü təkan verib. Məhz bu səfərlərdən sonra “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin əsas tərkib hissəsi olacaq Qəzvin-Rəşt-Astara (İran) dəmir yolunun Azərbaycan Astarasına qədər davam etdirilməsi qərara alınıb, Ordubad və Marazad Su Elektrik Stansiyalarının tikintisi üçün sənədlər imzalanıb, habelə digər birgə qarşılıqlı faydalı iqtisadi layihələrin reallaşdırılması üçün geniş imkanlar yaranıb.

Bütün bu amilləri nəzərə alsaq, İranda 2017-ci ilin mayında keçiriləcək prezident seçkiləri, seçkiqabağı vəziyyət və mövcud reallıqlar Azərbaycanda maraq doğurmaya bilməz.

Oktyabrın 15-də İranın Ali lideri Ayətullah Əli Xamneyi prezident seçkilərində əsas tutulacaq prinsipləri elan edib. Ali liderin saytında dərc olunan prinsiplərə əsasən, bütün namizədlərə televiziyalarda, qəzetlərdə, sosial mediada eyni şərait yaradılmalı, seçkilərin keçirilməsi və nəticələrinin hesablanması zamanı şəffaflığı təmin etmək üçün yeni texnologiyalardan istifadə olunmalı, namizədlər xaricdən maliyyə yardımı almamalı, hərbçilər və hüquq-mühafizə orqanları seçki prosesinə və səslərin hesablanmasına təsir göstərməməlidir.

Ali Rəhbər tərəfindən elan olunan bu prinsiplər İran ictimaiyyəti tərəfindən dəstəklənir və seçkilərin ədalətli keçməsi ilə yanaşı, cəmiyyətin konsolidasiyasını da təmin edir. İSNA agentliyinə müsahibə verən müstəqil siyasətçi Abbas Əli Mənsuri bildirib ki, seçkilərin Ali Liderin elan etdiyi prinsiplərə əsasən keçirilməsi onun ədalətli olmasını təmin edəcək. Əgər silahlı qüvvələrin nümayəndələri bu və ya digər namizədi dəstəkləsə, onda cəmiyyətin seçkilərə etimadı azalacaq.

İran İslam İnqilabının Keşikçiləri Korpusu (İİİKK) komandanının müavini Rəsul Sani Rad da həmin agentliyə müsahibəsində qeyd edib ki, Ali Liderin bütün məsləhətləri ölkədə qeyd-şərtsiz qəbul edilir və yerinə yetirilir. “Biz Ali Rəhbərin prinsiplərini dəstəkləyirik”, - deyən İİİKK nümayəndəsi qanunların hamı üçün eyni olduğunu nəzərə çatdırıb.

Adətən İranın güc strukturları seçkilərə və onun nəticələrinə təsir etməyə çalışıblar. Lakin 2017-ci ilin prezident seçkiləri Ali Liderin prinsipləri əsasında keçiriləcək və ona tabe olan İİİKK prosesə qarışmayacaq. Bu isə seçkilərin demokratik keçəcəyini deməyə əsas verir.

İran mətbuatında prezident postuna kimlərin namizəd olacağı haqqında çoxlu materiallar dərc olunur. Həsən Ruhaninin rəqibi ola biləcək nüfuzlu siyasətçilər seçkilərdə iştirak etməyəcəklərini bəyan ediblər. Parlamentin sədri Əli Laricani, İİİKK-nın keçmiş komandanı Möhsün Rezayi, islahatçı-siyasətçi Məhəmməd Kərazi namizədliklərini irəli sürməyəcəklər. Həsən Ruhaninin komandasının üzvləri arasında da şansı olanlar var. Məsələn, xarici işlər naziri Məhəmməd Cavad Zərif İranda xalq tərəfindən sevilən və xarizması olan siyasətçilərdəndir. İranın Qərb dövlətləri ilə anlaşmasını reallaşdırması və sanksiyaların aradan qaldırılması kimi işləri onun nüfuzunu çox artırıb. Səhiyyə naziri Həsən Haşimi Qazizadənin də adı şansı olanlar arasında çəkilir. Lakin hər iki nazir mətbuatda yayılan xəbərləri təkzib edərək namizəd olmayacaqlarını bildiriblər.

Eks-prezident Mahmud Əhmədinejadın adı mətbuatda tez-tez hallandırılırdı. Lakin o, Ali Liderin məsləhətini nəzərə alaraq, seçkilərdə namizədliyini irəli sürməkdən imtina edib. Ali Lider bildirib ki, “Mahmud Əhmədinejadın namizədliyi İran cəmiyyətini parçalaya bilər”.

İranın növbəti prezidenti olmaq şansına malik şəxslərdən biri də İİİKK “Əl-Qüds” bölməsinin komandiri general Qasım Süleymanidir. Yaxın Şərqdə şiələrin müdafiəçisi kimi tanınan və İranın qəhrəmanlıq simvolu sayılan general siyasətə girməkdən imtina edərək, “ömür boyu inqilabın və xalqın əsgəri” olacağını bəyan edib.

Beləliklə, general Qasım Süleymaninin və eks-prezident Mahmud Əhmədinejadın kənara çəkilməsi, faktiki olaraq Həsən Ruhaninin ikinci müddətə prezident kürsüsünə yolunu açır.

Bundan başqa, Ruhaninin yenidən prezident seçilə biləcəyini şərtləndirən digər amillər də var. Birincisi və ən əsası odur ki, Ali Lider Əli Xamneyi Həsən Ruhaninin ikinci dəfə prezident seçilməsinə etiraz etmir. Onların arasında İranın daxili və xarici siyasət strategiyasına dair ciddi fikir ayrılığı yoxdur.

İkincisi, mühafizəkarların Həsən Ruhaniyə rəqib ola biləcək xarizmatik lideri gözə çarpmır. Hazırkı prezidentin aktiv xarici siyasəti və İranın dünyaya inteqrasiya olunmasına çalışması siyasi qruplar və xalq arasında ona böyük nüfuz qazandırıb.

Üçüncüsü, İranın yeni siyasi tarixində, 1981-ci ildə vəzifəsindən kənarlaşdırılan birinci prezident Əbülhəsən Bənisədr və elə həmin il qətlə yetirilən Məhəmməd Əli Rəcai istisna olmaqla, bütün digər prezidentlər ikinci müddətə də seçiliblər. Eks-prezidentlər Əli Əkbər Haşimi Rəfsəncani, Məhəmməd Xatəmi və Mahmud Əhmədinejad iki müddət prezident olublar. Bu, artıq İranın siyasi praktikasında formalaşmış ənənədir.

Nəhayət, dördüncüsü, İranın siyasi elitasının islahatçılar qanadını təşkil edən düşərgənin nümayəndələri də Həsən Ruhaninin ikinci müddətə prezident seçilməsinə razıdırlar.

Beləliklə, bu qısa təhlildən göründüyü kimi, yeni mərhələdə İranı daha da irəliyə aparmaq üçün Həsən Ruhaninin böyük imkanları var. Onun bu imkanlardan necə istifadə edəcəyini və İranın inkişafına nə kimi töhfələr verəcəyini isə zaman göstərəcək.

Rabil Kətanov

AZƏRTAC-ın xüsusi müxbiri

Tehran

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Qar uçqunu Türkiyənin şərqində 158 yaşayış məntəqəsi ilə əlaqəni iflic edib

Dövlət Su Ehtiyatları Agentliyi gücləndirilmiş iş rejimində çalışacaq

® Balaxanı Əməliyyat Şirkətinin rəhbər və işçi heyəti İlaxır çərşənbəsini qeyd edirlər

FHN-in nümayəndə heyəti Türkiyədə səfərdə olub

Britaniyanın rəsmi sikkəsində “Ulduz müharibələri” filmindən “Minilliyin şahini” təsviri yer alıb

Qlobal qeyri-sabitlik fonunda ölkəmizdəki təhlükəsiz mühit Azərbaycanı beynəlxalq tədbirlər üçün ideal məkana çevirir – RƏY

BDU-nun şəhid məzunu Namiq Cavadovun ailəsi ziyarət olunub

BMU-da əcnəbi tələbələr üçün “Multikultural Novruz bayramı” adlı tədbir keçirilib

Almaniyalı futbolçu mövsümün sonunda karyerasını bitirmək istəyir

BDU “Erasmus+ DIRNA” layihəsinin növbəti təlimində təmsil olunub

Ağalı sakinləri İlaxır çərşənbəni qeyd ediblər FOTO

Akademik: Ekoloji terrora məruz qalmış Azərbaycan torpaqlarının və meşə resurslarının bərpası dövrümüzün ən böyük çağırışıdır

® “Coca-Cola” gəncləri Novruz bayramı münasibətilə təbrik etdi

® Gəncədən məktəbli qız informatika sahəsi üzrə dünyanın ən nüfuzlu universitetinə qəbul olub

Azərbaycan ilə Çin arasındakı qarşılıqlı faydalı əməkdaşlıq mühüm perspektivlərə malikdir

Çiçəkçilik sevdası: Hobbi necə biznesə çevrildi? – MÜSAHİBƏ

Laçında “Can Laçın” Novruz yarmarkası keçirilir FOTO

Allahşükür Paşazadə Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib

® “Xonça” məhsullarının qida təhlükəsizliyi tələblərinə uyğunluğu təsdiqlənib

Milli Məclisin yaz sessiyasında növbəti iclasının vaxtı və gündəliyi açıqlanıb

Şəki teatrı Novruz bayramı günlərində uşaqları yeni tamaşa ilə sevindirir

Keniyada yol qəzası nəticəsində azı 11 tələbə həlak olub

Türkiyənin zəlzələ bölgəsində inşası tamamlanan mənzillər sahiblərinə təqdim ediləcək

Pedaqoji Universitetdə Çanaqqala zəfərinin ildönümü qeyd olunub

Bakı Mühəndislik Universitetində Təhsilin İnkişafı Fondu ilə əməkdaşlıq imkanları müzakirə edilib

Yaponiya Mərkəzi Bankı 17 ildən sonra mənfi faiz siyasətini dayandırır

"Qədim Şabran" abidəsində Novruz şənliyi

“Qəbələ” İdman Klubu MMA döyüşçüsü ilə müqavilə imzalayıb

Ermənistan “Mir” ödəniş kartına xidməti dayandıracaq

Mingəçevir Dövlət Universitetində Novruz şənliyi keçirilib

NATO-nun Baş katibinin regiona səfərinin Azərbaycandan başlaması ölkəmizin Alyans üçün önəmini nümayiş etdirir - ŞƏRH

“Azərişıq” gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək

Yüksək Texnologiyalar Parkının istismar proqramı - seminar

Taksi sürücülərinə ödəniş müqabilində şəhadətnamələrin verilməsinə aydınlıq gətirilib

UNEC-də Nobel Sülh mükafatçısı Məhəmməd Yunus adına mərkəzin açılışı olub

İki audiovizual media subyektinə müvafiq lisenziyalar verilib

Nəsimi rayonunda yerləşən banklardan birindən oğurluq edilməsinin qarşısı mühafizə polisi tərəfindən alınıb VİDEO

Malmödə ABBA-nın “Eurovision”da qələbəsinin 50 illiyinə həsr olunmuş sərgi açılacaq

Qızılağac Dövlət Təbiət Qoruğu ərazisində qaçaqmalçılıqla məşğul olan Lənkəran sakini saxlanılıb

Naxçıvanda ağır yol qəzasında 3 nəfər ölüb

Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə töhfəsi NATO-nun ölkəmizə diqqətini artırır - RƏY

Londonda Benksinin növbəti monumental boyakarlıq nümunəsi meydana çıxıb

Qəbələ Dövlət Tarix-Bədii Qoruğunda uşaqlar üçün Novruz şənliyi təşkil edilib

Məktəblilər Gənclər Kitabxanasının qonağı olublar

® “PAŞA Holding”in “Vətən əmanətlərin keşiyindədir” layihəsi çərçivəsində şəhid ailələrinə bayram sovqatları çatdırılır

“Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğunda Novruz bayramı münasibətilə tədbir keçirilib

Dünyada təhlükəsiziyin təmin edilməsində Azərbaycan-NATO əməkdaşlığının rolu ŞƏRH

“Atatürk dövründə İran-Türkiyə münasibətləri” – seminar

Tərbiyəçi-müəllimlərin vakant yerlər üzrə qeydiyyatına başlanılır

“Zirə”nin iki futbolçusu yığma komandalara dəvət alıb

AİBNDX: Malların mənşə ölkəsini təsdiq edən sertifikatların verilməsinin fasiləsizliyi bayram günlərində təmin ediləcək

FHN Novruz bayramı ilə əlaqədar gücləndirilmiş iş rejimində çalışacaq

Bu il Şri-Lankaya 500 mindən çox turist gəlib

Cari ilin iki ayı ərzində Azərbaycanda istehsal edilən elektrik enerjisinin miqdarı açıqlanıb

Fransalı tennisçi oyun zamanı huşunu itirib

Domantas Sabonis NBA əfsanələrinin rekordunu təkrarlayıb

Novruz bayramının ilk günündə paytaxtda yağış, dağlıq və dağətəyi rayonlarda isə qar yağacaq

Tramp prezident seçiləcəyi təqdirdə şahzadə Harrini ABŞ-dan qovacaq

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək

“Novruz gəlir, yaz gəlir” – AzMİU kollektivi İlaxır çərşənbədə tonqal ətrafında bir araya gəldi

BDU Sənaye və Texnoloji Tədqiqat Təşkilatlarının Dünya Assosiasiyasına tamhüquqlu üzv seçilib

“Azəriqaz” Novruz bayramı günlərində gücləndirilmiş iş rejimində çalışacaq

® “Azpetrol” şirkəti yanacaqdoldurma məntəqələrinin sayını 104-ə çatdırıb

Media: İsrail və HƏMAS Doha danışıqlarında kompromisə hazırdır

Türkmənistanın Ticarət-Sənaye Palatası Türk Ticarət və Sənaye Palataları Birliyinin tamhüquqlu üzvü olub

Türkiyənin yeni milli müdafiə sistemi ictimaiyyətə təqdim edilib

ADA Universiteti Fondunun sponsorluq layihələri üzrə direktoru: Gender arası əməkdaşlıq inkişafın göstəricisidir - açıqlama

Novruz təamlarından istifadə edərkən diqqət yetirilməli məsələlər

Şəhid ailə üzvü olan təhsil işçiləri ilə görüş keçirilib

Milli Kitabxanada Novruz bayramı ilə bağlı elektron məlumat bazası yaradılıb

Yevlaxda Novruz bayramı münasibətilə konsert təşkil olunub

Azərbaycan gimnastları Almaniyada Dünya Kubokunda çıxış edəcəklər

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin yeni veb-saytı istifadəyə verilib

“İnter”in futbolçusu irqçilik etdiyi üçün millinin heyətindən kənarlaşdırılıb

Bir sıra ölkələrdən quşçuluq məhsullarının idxalına məhdudiyyət qoyulub

Blinken Qəzzada atəşkəsi müzakirə etmək üçün Ər-Riyada və Qahirəyə gedəcək

® “Azersun Holding” 10 mindən çox ailəni Novruz sovqatı ilə sevindirib

Azərbaycan poeziyası İspaniyada

Pomidor istehsalçıları ilə görüş keçirilib

Uzun illər itmiş sayılan nadir dəniz qabığı kolleksiyası indi İngiltərədə nümayiş etdirilir

Yanvar-fevral aylarında əlilliyi olan şəxslərə 20,8 min reabilitasiya vasitəsi verilib

“SpaceX” qlobal internet şəbəkəsinə aid daha 22 peyki orbitə çıxarıb

Son iki ayda sosial sahə üzrə 78 mindən çox e-arayış verilib

Fransa Mərakeşə 146 milyon dollar kredit verir

Qazaxıstan Xəzər dənizində hərbi təlimlər keçirib

Ədliyyə naziri Saatlıda vətəndaşları qəbul edib

“Ətirlisən, dadlısan, süfrəmizin yaraşığısan” II Çay Festivalı keçirilib

Martın 18-də aşkarlanan silah və sursatların sayı açıqlanıb

Fransuaza Jilonun rəssamlıq irsi Pikasso Muzeyində

Novruz bayramı ilə əlaqədar yanğın təhlükəsizliyi qaydalarına dair Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət edib

Kəngərli rayonunun yaradılmasının 20 illiyinə həsr olunan virtual sərgi təqdim edilib

Bakının abad məhəllələrində Novruz şənlikləri davam edir

Hərbi Prokurorluq işçiləri Müdafiə Nazirliyinin yüksəkrütbəli vəzifəli şəxsləri ilə birgə Novruz bayramı ərəfəsində hərbi hissələrdə olublar

® Monteneqronun sabiq prezidenti Milo Cukanoviç “Azərbaycanın dostu” qızıl ordeni ilə təltif olunub

Dünya Bankı Misirə 6 milyard dollar yardım edəcək

Baş Dövlət Yol Polisi İdarəsi qeyri-iş günlərində səfərə hazırlaşan sürücülərə müraciət edib

Aİ Şurası Ukraynaya yeni yardım fondunu təsdiqləyib

Folklorşünas alim: Torpaq çərşənbəsi insanın təbiətlə həmrəy olması bayramıdır

Türkiyədə fəlakət zonasındakı sakinlər hər ay 15 min evlə təmin ediləcək

DİN: Martın 19-da ölkə üzrə 40 cinayətin açılması təmin olunub